Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
13:48 | 3 fevral 2017 | Cümə
Məqaləyə 1093 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
AFR kansleri fevralın 3-də AB-nin qeyri-formal sammitinin baş tutacağı Malta paytaxtı La-Valettaya gəlməzdən öncə dünən prezident Rəcəb Tayib Ərdoğanla danışıqlar üçün Türkiyəyə uçub. Aşkar şəkildə çox təcili səfərdir. Almaniya-Türkiyə münasibətləri hazırda tarazsızlıqdan daha pis durumdadır.
Merkel AB-nin Türkiyə ilə münasibətlərinin sazlanmağında əsas sima idi. İndi isə məlum olur ki, Britaniya baş naziri Tereza Meyin timsalında onun rəqibi var. O, kansleri təkcə Vaşinqtona səfərlə qabaqlamayıb, həm də Ankaraya baş çəkib, əməkdaşlığın genişlədirilməsi haqda Ərdoğanla razılığa gələrək uğurlu danışıqlar aparıb. Nəticə – TF-X döyüş təyyarəsinin birgə istehsalı haqda 100 milyon funtluq sazişdir. «Bu, adi ticarət sazişindən daha böyük məsələdir», – deyə Tereza Mey şərh edib.
Almanları AB siyasətinin Türkiyə yönündən başqa Ankaranın və şəxsən Ərdoğanın bu ölkədəki üç milyonluq türk diasporuna təsiri son dərəcə narahat edir. Lakin AFR hökumətini bu aşkar fakt daha çox qane etmir ki, mühacirət məsələsində həlledici amil kimi Türkiyəyə güvənməyi ciddi sapıntılar verir.
Keçən ilin martında bağlanmış AB-Türkiyə sazişi praktik olaraq işləmir. Mühacir axınının azalması başlıca olaraq bölgənin uyğun ölkələri tərəfindən «Balkan marşrutu»nun bağlanması ilə təmin olunub. Türkiyə ilə Merkelin irəli sürdüyü saziş isə bununla qürrələnə bilməz. Məlum olduğu kimi, saziş Türkiyə üçün 3 milyard avronun əvəzində nəzərdə tuturdu ki, Ankara Yunanıstan adalarından çıxardılan qaçqınların qəbulu zamanı suriyalı mühacirləri leqal şəkildə sənədləşdirib AB ölkələrinə göndərə bilər.
Lakin, budur, «Welt» qəzetinin isnad etdiyi AB-nin lap təzə statistikasına əsasən, sazişin qüvvədə olduğu bütün müddətdə Yunanıstandan Türkiyəyə yalnız 801 qaçqın qaytarılıb. «Əvəzində» isə həmin müddətdə AB ölkələrində 2672 suriyalı, o cümlədən Almaniyada 1060 nəfər leqal şəkildə qəbul edilib. Həm də bunun yarısı AB-Türkiyə sazişinin qüvvədə olduğu ilk iki ay ərzində baş verib.
Bununla belə, yüz minlərlə qaçqın problemi – özü də terrorizm təhlükəsi ilə çulğaşmaqla – almanlara əzab verməkdədir. Sazişin iflası Merkelin həm daxildən, həm də ABŞ daxil olmaqla ölkə xaricindən tənqidə məruz qalan mühacirət siyasətinin kəsərindən xəbər vermir. Bu, Bundestaqa seçkilər ilində mühafizəkar blok və dördüncü dəfə dalbadal kanslerliyə qulaylanan lideri Merkelin seçki kampaniyasına mənfi təsir edə bilər.
Bu, Türkiyədə qiyamdan sonra Merkellə Ərdoğanın ilk görüşüdür. 40 türk zabiti bu günlərdə siyasi sığınacaq xahişi ilə Almaniyaya müraciət edib. Yunanıstanla da oxşar əhvalatda olduğu kimi Ankara mütləq onların təhvil verilməyini tələb edəcək. Lakin güman etmək çətindir ki, Merkel buna gedər. Onun səfəri Bundestaqın bütün fraksiyalarının deputatlarının kanslerin danışıqlarda Türkiyədə insan haqlarına əməl edilməsi, mətbuat azadlığı və s. haqda məsələ qaldırmaq bəyanatı ilə müşayiət olunur. Belə ki AB-Türkiyə sazişini bərpa etmək cəhdinin nə qədər baş tutacağını söyləmək çətindir. Lakin AB-Türkiyə sazişinin siyasi konstruksiyası Merkelin mühacir böhranında at gedişi olaraq qalır. O, Berlində Qara qitədən mühacirlərin Avropaya can atdığı «Aralıq dənizi marşrutu»nu başlamaq ümidilə Liviya daxil olmaqla Şimali Afrika ölkələri ilə sazişlər üçün etalon kimi nəzərdən keçirilir. (strateq.az)