Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
22:08 | 24 aprel 2017 | Bazar ertəsi
Məqaləyə 2357 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tacikistanda uşaqlara slavyan adlarının verilməsi qadağan olunub. Qazaxıstanda isə kiril əlifbasını latın qrafikalı əlifbaya keçirməklə bağlı islahat planlaşdırılır. Bu tendensiya davam edərsə, 10 ildən sonra rus dili dünyanın ən geniş yayılmış 10 dil sırasını tərk edəcək.
Ümumiyyətlə, son 25 ildə rus dili dünyada mövqelərini ən çox itirən dil sayıla bilər. İngilis dilinin dünyada, həmçinin postsovet məkanında uğurla yayıldığı bir dövrdə rus dilindən istifadə edənlərin sayı sürətlə azalır. Belə ki, 25 il əvvəl bu dildə 300 milyon insan danışsa da, bu gün həmin rəqəm xeyli azalıb. Putin başda olmaqla, Kreml rəhbərliyinin rus dilini populyarlaşdırmaqla bağlı addımları da bu işə yardım edə bilmir.
Məsələn, bu gün Qazaxıstanda 20 faiz əhali rusca danışırdısa, 15 il əvvəl rus dilini doğma sayanlar 35 faiz təşkil edirdi.
Krım və Donbası çıxmaq şərtilə, Ukrayna ərazisində də rus dilindən istifadə edənlərin sayı azalır. 1994-cü ildə rusdillilərin sayı 33 faiz idisə, bu gün həmin rəqəm 24 faizə qədər geriləyib.
Rus dilinin çiçəkləndiyi yeganə ölkə isə Belarusdur. 1994-cü ildən Belarus hökuməti rus dilinin populyarlaşması ilə bağlı xüsusi proqram həyata keçirir Ona görə rusdillilərin sayı 20 il əvvəli ilə müqayisədə 5 dəfə artıb.
Bununla belə, rus dili hələ də millətlərarası ünsiyyət zamanı vacibliyini qoruyur. Estonla azərbaycanlı, gürcü ilə qazax ingilis dilindən çox rus dilində anlaşır. Amma bu tendensiya azalmağa doğru gedir. Məsələn, Gürcüstanda gənclər rus dilindən çox ingilis dilinə həvəs göstərir. Amma Rusiyadan siyasi və iqtisadi asılılığı olan Ermənistanda, əksinə, rus dilinin mövqeyi daha da güclənir.
Geosiyasi xəritəyə nəzər saldıqda, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə rus dilindən imtina olunduğunu görə bilərik. Rusiyanın istila etdiyi Ukrayna Krımında yaxud Gürcüstanın Cənubi Osetiya bölgəsində rus dili təhsil, kommersiya, elm və mədəniyyət sahələrində hakim yer tutur. Ehtimal olunur ki, 2025-ci il üçün rus dili bu dildə danışanların sayına görə, portuqal və benqal dillərindən geridə qalacaq.