vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
12:12 | 3 dekabr 2019 | Çərşənbə axşamı Məqaləyə 15988 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hələ yorulmamışıq”

81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir

Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.

F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən “hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana - 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir.

1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.