vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9941 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2440 AZN
Türk lirəsi 1 TRY = 0.4395 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜƏLLİF  
23:26 | 20 avqust 2012 | Bazar ertəsi Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ağdamdan uzaqlaşan «Qarabağ»»

Aydın BAĞIROV

Neçə vaxtdır, “Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan reaksiyaları (bəlkə də heç olmayan reaksiya demək, daha məntiqli olardı) kənardan müşahidə edirəm. Durum çox üzücüdür. Millət vəkili Aqil Abbası, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi, bir-iki jurnalisti və üç-dörd azarkeşi çıxmaq şərti ilə kimsə danışmır, dinmir. Beləcə “Qarabağ” gözümüzün qabağında Ağdamdan, qarabağlılardan mənən uzaqlaşır...

Bilənlər bilir, “Qarabağ”ın rəhbərliyi, baş məşqçi Qurban Qurbanov komandanın Quzanlıdan Bakıya köçürmələrini orada şəraitin olmamasıyla izah edir. Peşəkar baxımdan haqlıdırlar. Çünki Azərbaycanın “Qarabağ”dan başqa hər bir iddialı klubunda – “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, hətta bəzən iddialı, bəzən iddiasız olan AZAL-dakı şərait belə Quzanlıdakından çox-çox yüksəkdir. Bu mənada, “Qarabağ”ın timsalında imkanlı bir klubun üç futbolçusunun bir otaqda qalması normal hal deyil. Futbolçu həyatı rahat olmalıdır. Peşəkar futbolçu hər cür şəraitlə təmin edilməlidir. Görünür, deyildiyi kimi, o şərait Quzanlıda olmayıb.
Amma...
“Qarabağ”ın Quzanlıda oynamaq istəməməsi adi idman, futbol hadisəsi sayıla bilməz. Bu futbol çərçivəsindən çıxmış məsələdir. Torpaq, vətən məsələsidir. Və əgər söhbət doğrudan da şəraitdən gedirsə, o zaman ortaya sual çıxır: məgər, o şəraiti yaratmaq çoxmu çətindir?  Üç futbolçunun bir otaqda qalmaması üçün əlavə beş-altı otaq tikmək, fitnes zalı düzəltmək... Bu, maddi tərəfdən nə “Qarabağ” klubu, nə də Ağdam Rayon İcra Hakimiyyəti üçün problem olmalıdır. Ağlınız yekə məğləğə getməsin, söhbət 15-20 min manatdan gedir. Cəmi iki orta səviyyəli azərbaycanlı futbolçunun aylıq maaşı qədər...
Lakin bir halda ki, bu məsələ həll edilmir, o zaman şübhə yeri qalmır ki, söhbət təkcə şəraitdən yox, həm də münasibətdən gedir.
Bunu futbol dairələrində bilməyən yoxdur: “Qarabağ” klubu ilə rayon rəhbərliyi arasında ilk günlərdən soyuqluq olub, indiyə qədər də davam edir.
“Qarabağ”ın Ağdamda oynamaqdan imtina etməsinin bir səbəbi budur.
Quzanlıda üç-beş düşüncəsiz azarkeş başıpozuq insanların təxribatına uyub bəzən baş məşqçini istefaya səsləyir, hətta heç bir mənəvi ölçünü gözləmədən futbolumuzdakı az-az şəxsiyyətlərdən olan Qurban Qurbanovun “Qarabağ” klubu üçün etdiklərinin üstündən rahatlıqla xətt çəkib ünvanına söyüş işlətməyi belə özlərinə rəva bilirlər.
“Qarabağ”ın Quzanlıya getməməsinin başqa bir səbəbi də budur.
Bir deyil, iki deyil, o qədər səbəb tapmaq olar ki...
Bu səbəblər bəlkə də yeri gələndə bir və ya bir neçə ağdamlıdan inciməyə əsas da verə bilər, amma Ağdamdan imtina etməyə əsas verə bilməz. Çünki Ağdam təkcə daşı daş üsta qalmayan o bədbəxt vətən torpağı deyil.
Ağdam Allahverdi Bağırovdur, Fred Asifdir, Şirin Mirzəyevdir...
Ağdam Azərbaycanın hər bir bölgəsində Şəhidlər xiyabanında uyuyan o oğullarımızdır...
Bədənində Qarabağ döyüşlərinin gülləsini bu günə qədər gəzdirən Reydir, Ağdam.
Protez ayağıyla hər dəfə Bərdədən Quzanlıya, məhz “Qarabağ”ın oyununa baxmağa gedən o qazi qardaşımızdır, Ağdam.
Ağdam “Qarabağ”dır, Qurbandır, Rəşaddır, Vüqardır, Raufdur...

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)