vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
00:05 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 2624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tüpürüm Müdafiə Nazirliyinə...»

Aprel döyüşlərində qumbaraya tuş gələn Arturun anası: «İkinci oğlunu hərbi xidmətə göndərməyəcəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin aprelində Qarabağda gedən döyüşlərdə xəsarət alan və qumbaraya tuş gələn erməni əsgər, Gümrü şəhərinin sakini Artur Asanyan sağalmaz azara düçar olub. virtualaz.org xəbər verir ki, onun anası Əsli Asanyan Müdafiə Nazirliyini oğlunun müalicəsini təşkil etməməkdə, üstəlik Arturun aprel döyüşlərində iştirakını inkar etməkdə günahlandırır.

Epress.am saytının yazdığına görə Arturun anası oğlunun aprel döyüşləri zamanı təmas xəttinin Xocavənd istiqamətində baş serjant kimi xidmət etdiyini deyir. Onun sözlərinə görə, oğlu döyüşlər zamanı qumbaraya tuş gəlib. Artura tərəf əl qumbarası atılıb, anasının iddia etdiyi kimi o, qumbaranı götürüb bir neçə metr kənara tullayıb və sağ qalıb. Lakin ertəsi gün komandirə özünü pis hiss etdiyini deyib, buna baxmayaraq Arturu yenə döyüşə göndəriblər və o, postda huşunu itirib.

«Bundan sonra Arturu Stepanakertə (Xankəndi) aparıblar. Orada ona kömək edə bilməyiblər. Nəticədə mən onu İrəvana gətirdim, burada 3 ay müalicə elədilər, sonra Qırmızı Xaçın xəstəxanasına apardılar, oradan evə buraxdılar», - Arturun anası deyir.

Qadının dediyinə görə ötən bir ildə Arturun vəziyyəti günü-gündən pisləşib. Onun sol əli və ayağı nazilir. «Sabah mən onu İrəvana gətirəcəyəm ki, siz jurnalistlər keçmiş əsgərin nə hala düşdüyünü görəsiniz. Artur həmişə üşüyür, Gümrüdə hazırda istidir, ancaq biz ona görə evdə sobanı yandırırıq», - Əsli Asanyan bildirir.

Həkimlər Artura diaqnoz qoya bilmirlər və anasına deyiblər ki, bu xəstəlik irsidir. Lakin qadın bununla razılaşmır: «Əgər irsi xəstəliyi vardısa niyə orduya aparırdılar? Fikirləşiblər ki, biz yezidi kürdüyük, heç nə qanmırıq, savadsızıq və bu səbəb keçəcək. Ancaq keçmədi, etiraf etdilər ki, qumbaraya görə olub».

Əsli Asanyan oğlunun müalicəsi üçün tez-tez Müdafiə Nazirliyinin qapısını döyüb. Ancaq onu içəri buraxmayıblar. Bir dəfə qadın necə olubsa hasardan içəri keçə bilib, orada onu qəbul edib deyiblər ki, məsələni həll etməyə səlahiyyətləri çatmır. Müdafiə naziri Vigen Sərkisyan isə əsgərin anasını qəbul etmir. Əsli Asanyan Müdafiə Nazirliyində artıq onun səsini tanıdıqlarını, zəng edən kimi dəstəyi asdıqlarını deyir.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, Arturun məsələsi ilə tanışdır. Lakin o, aprel döyüşlərinin iştirakçısı deyil: «Deyəsən onların hərbi hissəsi müharibədə iştirak etməyib».

Ovanisyan bildirib ki, Arturun xəstəliyi dünyada nadir sağalan xəstəlikdir. Onun xaricdə müalicəsi isə Müdafiə Nazirliyinin hesabına mümkün deyil. Çünki bunun üçün əsgərin düşmən atəşindən yaralanması tələb olunur. Təlim mərkəzində yaralanma, silahla ehtiyatsız davranmadan alınan xəsarət bura daxil deyil.

Əsli Asanyan isə deyir ki, oğluna qarşı Müdafiə Nazirliyinin bu davranışını görəndən sonra ikinci oğlunu hərbi xidmətə göndərməyəcək. «Onların nazirliyinə tüpürüm, qoy xalqdan yığdıqları 1000 dramdan pul versinlər oğlumu müalicə edim, bunu da etmirlər», - Asanyan deyir.