vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:32 | 16 yanvar 2014 | Cümə axşamı Məqaləyə 1482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanı da dinləyiblər

Baş nazirin gizli danışığı yayıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə çirkli kaset döyüşləri bütün sürəti ilə davam edir. İki gün öncə Fəthullah Gülənə aid səs qeydlərinin nəşr olunmasının ardından bu gün də baş nazir Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən material yayılıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, sui-istifadə iddiaları ilə icra edilən əməliyyat daxilində baş nazir Rəcəb Tayyib Ərdoğanın da telefonları təqibə alınan kəslərlə danışması əsnasında dinlədildiyi ortaya çıxıb.
«Cümhuriyyət» qəzetinin yazarı Can Dündarın «Müsbət 1 TV»də yayınlanan proqramına qatılan televiziyanın ümumi yayım rejissoru Yavuz Oğhan, «Polis baş naziri dinləyir. Bir ölkədə bundan böyük nə xəbər ola bilər ki? Ərdoğanın dinləndiyini, izləndiyini dəqiq olaraq anlayırıq. Bu qeydlər bir il gözlədilib», deyib.
Proqramda baş nazir Ərdoğan ilə ikinci sui-istifadə istintaqında adı çəkilən iş adamı L. T. arasında keçdiyi iddia edilən səsi nümayiş olunub. Qeydlərdə L.T-in Ərdoğana «Böyük qardaş bu şey çıxacaqmı? Yüzdə 6 məsələsi deyirdiniz... Ehtimalı varmı onun?» sualını verdiyi, Ərdoğanın da «Təbii, təbii», - deyə cavab verərək mövzu haqqında başqa məlumatlar verdiyi iddia edilir.
Polisin araşdırmalarında olan bu dialoqların xüsusi meşə əraziləri ilə əlaqədar olduğu bildirilir. Qanuna görə xüsusi meşə ərazilərində quruluplaşma nisbəti ən çox yüzdə 6. Ancaq bu prokurorluq tərəfindən «100 dönüşlük bir ərazidə 6 dönüşdə inşaat edə bilərsən, 94 dönüşə toxuna bilməzsən» olaraq şərh olunmuşdu. O ərazilərdə proyekti olanlar isə yüzdə 6-nın  yüzünün də hamısına dağılmasını istəyirdi.