vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
10:43 | 8 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 1976 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avroman»ı niyə həbs etmirlər?

Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı kimdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı növbəti sensasion iddia ilə çıxış edib. virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Göksel Gülbey bu dəfə PKK terror təşkilatının Gürcüstanda təşkilatlanması və bu təşkilatın «Avroman» adlı mənsubunun tez-tez Gürcüstan, Ermənistan və Azərbaycana «girib-çıxması» barədə danışır.

Gülbey iddia edir ki, PKK Gürcüstanda ciddi şəkildə təşkilatlanır. Bu təşkilatın Gürcüstanda «Gilavej» («Sübh ulduzu») adlı qəzeti çapdan çıxır. PKK-nın Gürcüstandakı təşkilatlanmasına və fəaliyyətinə başçılıq edən şəxs Abdülrehman Pariyev adlı şəxsdir. Bu terror təşkilatı mənsubuna yardım edən, Tiflislə Bakı arasında xəbər aparıb-gəirən şəxs isə «Kürdüstan İnsan Haqları Qoruma Birliyi»nin üzvü, Osman Baydemir adlı şəxsdir. Həmin şəxsin ləqəbi «Avroman»dır. (Hazırda Türkiyədə həbsdə olan Diyarbəkir bələdiyyə başqanı Osman Baydemir nəzərdə tutulmur).

«Bu adam Türkiyədə axtarışda olmasına baxmayaraq Gürcüstan, Azərbaycan və Ermənistana dəfələrlə giriş-çıxış edib. Həmin şəxsi niyə tutub Türkiyəyə təhvil vermirlər?» - Gülbey sual edir.

ASİMDER başqanı iddia edir ki, PKK mənsubları Ermənistandakı düşərgələrdə təlim keçirlər, sonra Gürcüstandakı yezidi kürdlərdən dəstək alaraq Türkiyəyə keçirlər və Qara dəniz bölgəsində terror aktları törədirlər.

Göksel Gülbey bundan əvvəl PKK terrorçularının Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində qurulmuş düşərgələrdə təlim keçdiyi haqda bir neçə dəfə bəyanatlar səsləndirib.