Valideynlərin məktəbli bazarlığı dərdi...
Vətəndaşlar dərs ləvazimatlarının bahalığı ilə yanaşı keyfiyyətindən də şikayətçidir
Günel MANAFLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəbli analar
Kim deyir ki, yol həmişə böyüklərindi?
-
Yapon məktəblərində paltarsız yoxlama böhranı
Etiraz edən valideynlər təcrübənin dərhal dayandırılmasını tələb edirlər
-
Avropada smartfon qadağası böyüyür
Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə ilə bağlı qərar
-
“Oxutmasam əl çəkməm!”
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
-
Hansı adlar ləğv olunacaq?
Etiketləmə tələblərində yeni qaydalar
-
130 məktəb, 125 uşaq bağçası ...
Təhsil müəssisələrində istilik problemi
-
Şagirdlərə nə qadağan olunacaq?
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
-
Cəzalar qüvvəyə minir
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
-
“Dərsin keyfiyyətinə təsir edir”
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
-
Məktəbli analar ...
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
-
Dərslik müəllim rolunda
İnternet dərsliyi əvəzləməməlidr ...
-
Mələksiniz hamınız...
Qanadlarınız da “vaxtı” gələndə çıxacaq
-
Qaytarın kişiləri məktəblərə!
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
-
“Georgi lenti” sevdası...
Siyasət çirkabına bulaşan məktəb direktoru cəzalanacaqmı?
-
Təhsildə post-pandemiya travması
Məktəblərdə nə baş verir?
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Yeni dərs ilinin başlamasına 1 aydan az bir vaxt qalsa da, bir valideynlər artıq məktəb alış-verişinə başlayıb. Onların bu tələskənliyinin səbəbi isə məktəb başlayana yaxın qiymətlərin daha da bahalaşması ilə bağlıdır. Məhz buna görə də bazarlarda və mağazalarda bir canlanma müşahidə edilir. Kimisi ağ köynək alır, kimisi məktəbli forması kimisi isə dəftər qələm...
Hazırda bir şagirdin dərsə getməsi üçün nə qədər vəsaitə ehtiyac olduğunu öyrənmək üçün məktəb ləvazimatları satılan bir neçə yerə baş çəkdik.
Apardığımız müşahidələrdən məlum oldu ki, mərkəzdə və şəhərdən bir qədər kənarda satılan məktəb ləvazimatları arasında ciddi qiymət fərqi var. Məktəbə getmək üçün uşağa ilk öncə geyim lazım olduğunu nəzərə alaraq ilk onların qiyməti ilə maraqlandıq. Öncə başlayaq məktəbli formasından. Məktəbli formalarının qiyməti 40-50 manat arasında dəyişir. «Bakı Tikiş Evi» ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov mətbuata açıqlamasında bu il məktəbli formalarının qiymətində artım olmayacağını bildirmişdi: «Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötən ilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük».
O qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: «Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər».
Qeyd edək ki, bəzi yerlərdə məktəbli formaları 2-3 manat baha satılır. Məktəbliyə lazım olan ağ köynəklərin qiyməti 10-30 manat arası, balacalar üçün ağ lentlər 70 qəpik 1 manat arasında satılır. Çantalara gəlincə isə çantanın harada istehsal edilməsindən və keyfiyyətindən asılı olaraq qiymət 10-80 manat arasında dəyişirdi. «Vasmoy bazarı» kimi tanınan 8-ci kilometr bazarında 10, hətta 7 manata da çanta tapmaq mümkündür. Amma təbii ki, bu çantaların ömrünün nə qədər olacağını sirr deyil. «Nərimanov» metro stansiyası yaxınlığında isə çantaların qiyməti 20 manatdan başlayırdı. Ancaq «Metropark» və digər ticarət mərkəzlərində məktəbli çantalarının qiyməti 2-3 qat baha idi. Məsələn, burada satılan çantaların qiyməti 50-180 manat arasında dəyişir. Şagirdlərin, xüsusən də aşağı siniflərin kitab yüklərini nəzərə alsaq, valideynlər baha da olsa, çalışırlar ki, uşaqlarının sağlamlığı üçün çanta seçiminə diqqət etsinlər. Digər məktəb ləvazimatlarına gəlincə isə ötən illə müqayisədə 5-80 qəpik arasında artım vardı.
Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq hazırda bu cürdür:
12 vərəqli dəftər 10-25 qəpik arası, 40 vərəqli dəftər 30-40 qəpik, 60 vərəqli dəftər 40-50 qəpik, 100 vərəqli dəftər 60-80 qəpik, qələmlər 10 qəpik 1 manat, penal 2-6 manat arası, rəngli karandaşlar 3-10 manat, rəsm albomu 1-5 manat, sadə karandaş 10-30 qəpiyə satılırdı. Bu il birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan ləvazimatlara gəlincə onların da qiymətində ötən illə müqayisədə artım müşahidə etdik. Belə ki, balacalar üçün nəzərdə tutulan yemək qabı 7-15 manat, su qabı 3-15 manat, rəsm albomunun qiyməti isə 50 qəpik-5 manat arasında satılırdı. İş dəftərlərinin qiymətinə gəlincə isə fəndən asılı olaraq qiymət dəyişilirdi. Bir valideynə məktəbə yola salacaq övladı üçün 5-6 fəndən iş dəftəri təxminən 40-50 manata başa gəlirdi.
Satıcılar bir çox məhsulların Çindən gətirildiyini deyir. Hətta bir sıra mağazalarda baha qiymətə qoyulan və Türkiyə istehsalı adı ilə satılan məktəb ləvazimatlarının Çindən gətirildiyini və alıcıların aldadıldığını deyirdilər. «Əhmədli» metro stansiyası yaxınlığında məktəb ləvazimatları satan Əkbər Məmmədov deyir ki, onun satdığı bütün məhsullar Çin istehsalıdır: «Mən valideynləri aldatmıram. Deyirəm çanta da, karandaş da Çindən gəlib. Bəyənirsən al. Bəzən çantaların üzərinə Türkiyə, İndoneziya, BƏƏ-nin etiketlərini yapışdırıb satırlar. Halbuki onların hamısı Çindən gətirilir. Çantanın və digər məktəb ləvazimatlarının Çin istehsalı olub olmadığını ayırd etmək asandır. Alıcı onun ştrix koduna baxmaqla müəyyən edə bilər ki, bu hara məhsuludur. Əgər ştrix kodda birinci rəqəm 8-dirsə, deməli, məhsul Çindən gətirilib».
Övladına məktəbli çantası alan Əsmər Yunusova qiymətlərdə bahalaşma olduğunu deyir: «Biz hələ alış verişə tez çıxdıq ki, qiymətlər ucuz olsun. Məktəblər açılana yaxın heç bir qiymətə də tapa bilməyəcəyik. Hər şey bahalaşacaq. Həm də indi adam azdır deyə rahat alış veriş edə bilirik».
Apardığımız müşahidələr bir şagirdin məktəbə gedə bilməsi üçün təxminən 150-200 manat arasında vəsait tələb olunduğunu deməyə əsas verir. Təbii ki, bu qiymət hazırkı zaman üçün keçərlidir.
Maraqlıdır, hazırda satışda olan məktəb ləvazimatları standartlara cavab verirmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan məktəb ləvazimatları ilə bağlı onlara şikayətlər gəldiyini dedi: «İstehlakçıların geniş aldadılması baş verir. Çox təəssüflər ki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanları həddindən artıq texniki işlərlə məşğul olur. Böyük istehlakçı problemləri aşıb daşır. Əlbəttə məktəbli bazarı çirklənmiş bir vəziyyətdədir. Azad bazar iqtisadiyyatı olduğu üçün kim nə istəyirsə, gətirib istədiyi qiymətə sata bilər. Lakin bu o demək deyil ki, təhlükəli mallar, təhlükəsizliyi təmin olunmalı mallar sertifikatı olmadan da satıla bilər. Nazirlər Kabinetinin 94 saylı qərarına görə sertifikatı olmayan malın satışı qadağandır. Qurumumuza iki telefon zəngi gəlib ki, məktəbli çantası almışıq rəngi çıxır, pis qoxu verir. Dövlət orqanları müəyyən iş aparmalıdır ki, vəziyyət dəyişsin».