«Kişisənsə verdiyin vədi yerinə yetir...»
Sərkisyan Sərkisyanın sözündən tutub...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
Ermənistanda gələn ilin aprelində səlahiyyət müddəti başa çatandan sonra prezident Serj Sərkisyanın nə işlə məşğul olacağına dair müzakirələr qızışıb.
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə müxtəlif məlumatlar var. Versiyalardan birinə görə Serj Sərkisyan prezident postunun ləğv olunmasından sonra Təhlükəsizlik Şurasının sədri olacaq, baş nazir isə indiki kimi Aram Karapetyan qalacaq. Lakin Qarabağda müharibə başlasa o zaman Sərkisyan ali baş komandan və baş nazir səlahiyyətlərini üzərinə götürəcək.
Müxalif «Çıxış» blokundan deputat, keçmiş baş nazir Aram Sərkisyan deyir ki, prezident Sərkisyanın gələcək planlarına mane olmaq hələlik onların planlarına daxil deyil. Bununla belə Sərkisyan əlavə edib ki, onların bloku Serj Sərkisyanın baş nazir postunu tutmaqla hakimiyyətini uzatmasına qəti qarşıdır.
Aram Sərkisyana görə Serj Sərkisyan hələ baş nazir postunu tutmaq planlarını elan etmədiyinə görə onlar hansısa aktiv hərəkətə əl atmaq istəmirlər. Lakin zərurət yaransa onlar Sərkisyanın bu planını pozmaq üçün insanları küçələrə çıxaracaqlar.
Keçmiş baş nazir deyib ki, Serj Sərkisyan heç olmasa bu dəfə vədini yerinə yetirib 2015-ci il konstitusiya referendumu ərəfəsində dediyi kimi nə baş nazir, nə spiker, nə də digər dövlət postunu tutmalı deyil. Çünki Qarabağ problemi mövcud olan Ermənistan üçün hakimiyyətin bu cür forması qətiyyən qəbuledilməzdir.
«Mən çox istərdim ki, Sərkisyan bunu başa düşsün. İndiki prezident referendumun təşviqat kampaniyasında dönə-dönə deyirdi ki, bu referendum onun hakimiyyətinin ömrünü uzatmaq üçün keçirilmir. Deyirdi ki, onun qətiyyən belə məqsədi yoxdur və referendum Ermənistanda demokratiya üçün keçirilir. Açıq deyib ki, o, nə baş nazir, nə parlament sədri, nə prezident olmayacaq. Mən çox istəyirəm ki, Serj Sərkisyan bu dəfə vədini yerinə yetirsin. Kişi kimi deyibsə ki, olmayacaq, deməli olmasın, sözünə əməl etsin. Yox, o, vəzifədə qalmaqda davam edəcəksə deməli xalqı aldadıb», - Aram Sərkisyan deyib.