İlham Əliyev xalq artistini bağışladı
«Təəssüf hissi keçirirəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Səfirə nota verildi
Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi
-
Moldovada referendum keçiriləcək
Daha bir keçmiş sovet respublikası AB-yə üzv olmaqda qərarlıdır
-
Moskva “şantaj”da ittiham olunur
“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”
-
Ukrayna və Moldova Aİ üzvlüyünə namizəddir
Zelenski sammitin qərarını münasibətlərdə unikal an adlandırıb
-
Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”
-
Aİ-yə namizəd statusu tövsiyəsi
Avropa Komissiyası ilin sonuna kimi Ukrayna və Moldovanın vəziyyətini dəyərləndirəcək
-
Keçmiş prezident dövlətə xəyanətdə ittiham olunur
Prokurorluq Dodonun 30 sutkalıq həbs üçün məhkəməyə müraciət edib
-
Dnestryanı separatçılarının “hücum oyunu”
-
Müharibənin bir addımlığında?
Dnestryanıda eskalasiyanın dörd versiyası və mümkün nəticələr
-
Moskvanın Moldova planı ...
Putinin xəyalındakı ssenarilər üçün ordusunun gücü qalıbmı?
-
Bu dəfə Moldova ilə bağlı ...
Ukrayna yenə Rusiyanı sabitliyi pozmaqda ittiham edib
-
Dnestryanıya PUA hücumu?
“Ötən gecə Kobasna kəndi üzərində bir neçə dron görünüb”
-
“Gərginliyin artırılması cəhdidir”
Moldova Prezidenti Dnestryanı bölgəsindəki partlayışlara reaksiya verdi
-
“Gərginlik üçün bəhanə lazımdır”
Separatçı Dnestryanı bölgədə iki radio antena partladılıb
-
“Kiçik Marşall planı”
... Yaxud Gürcüstanda, Ukraynada və Moldovadakı sinxron proseslər
-
GUAM uğrunda ...
Gürcüstanda hansı savaş gedir?
Moldova Respublikasının xalq artisti Konstantin Moskoviçin adı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş «arzuolunmaz şəxslər» siyahısından çıxarılıb. APA-nın xəbərinə görə, K.Moskoviçin adı daha Azərbaycan XİN-in saytında yerləşdirilmiş «arzuolunmaz şəxslər» siyahısında deyil.
Qeyd edək ki, Moldova xalq artistinin adı sözügedən siyahıya «Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri»ndə iştirak etmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə görə daxil edilib. Ötən həftə K.Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət etmişdi. O, məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirmiş və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş eetmişdi.
Xatırladaq ki, Azərbaycan XİN-in saytında yerləşdirilmiş «arzuolunmaz şəxslər» siyahısında ilkin olaraq 331 nəfərin adı olub. Onlardan bir neçə nəfər – Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçı, «Amerikanın səsi» radiosu Moskva bürosunun rəhbəri Ceyms Bruk, italiyalı müğənni Al Bano, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Vondra adlarının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət ediblər və müraciətləri müsbət cavablandırılıb.