vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
21:31 | 31 may 2018 | Cümə axşamı Məqaləyə 3329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Gəlin gözlərinizlə görün”

Ermənilər ordumuzun Naxçıvandakı yeni mövqelərinin fotolarını yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial şəbəkələrin erməni istifadəçiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotoları yayıb. “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupuna istinadən bildirir ki, ermənilər Azərbaycan ordusunun yeni mövqelər tutması nəticəsində Ermənistanın Areni kəndinin tamamilə Azərbaycanın nəzarəti altına keçdiyini bildirirlər. (http://armtimes.com/hy/article/138261)

Məlumata görə Siranuş Tumanyan adlı istifadəçi Azərbaycan ordusunun mövqelərinin Areni kəndindən çəkilmiş fotolarını paylaşıb və yazıb:  “Azərbaycan ordusunun Areni kəndinin üzərində yeni mövqeləri. Şəkil indi çəkilib. Areni kəndi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçib. Bizim mövqelərimiz isə aşağıda qalıb. Kənd panikadadır. Bunu inkar edənlərə inanmayın. Gəlin öz gözlərinizlə görün”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan da faktı təstiqləyib. “Bəli Azərbaycan ordusunun Areni kəndi istiqamətində yeni postları qurulub. Ancaq panikaya düşməyə əsas yoxdur. Azərbaycan öz əraziləri daxilində mövqe qurub. Bizim özümüzün də çoxlu dominant yüksəkliklərimiz və mövqelərimiz var. Və sosial şəbəkələrdə müzakirələr vəzifələrin yerinə yetirilməsinə mane olur. Xahiş edirəm təmkinli olun”, - Ovanisyan özünün Facebook səhifəsində yazıb.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin xüsusi təyinatlıları qoşunların təmas xətti boyu neytral zonada irəliləyərək yeni yüksəkliklər , o cümlədən Şərur rayonu ərazisindəki Qızılqaya yüksəkliyini tutub. Nəticədə 1992-ci ilin mayında Ermənistan ordusunun nəzarəti altına düşən və neytral zonada qalan Günnüt kəndi atəş altından çıxarılıb. Eyni zamanda ordumuz Yerevan-Gorus-Laçın yoluna da nəzarət etmək imkanı əldə edib. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük əraziləri nəzarət altına almasını erməni hərbi reportyor Edik Bağdasaryan da açıqlamışdı.