
Strateji münasibətlərə töhfə
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” nəzarət buraxılış məntəqəsində 2 minədək yük avtomobili dayanıb. AzərTAc xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur. Bununla yanaşı, sərhəd keçid məntəqəsində Azərbaycan, Türkiyə, Ukrayna və İrana gedən yük avtomobilləri də var.
Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədə 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.
Yük avtomobillərində əsasən kənd təsərrüfatı və ərzaq məhsulları var.
Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır.