vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:17 | 13 dekabr 2018 | Cümə axşamı Məqaləyə 1928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçıların içində çaxnaşma

Mnatsakanyan işdən çıxarıldı, Balasanyanla Qaramyan da gedəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağdakı qondarma rejimin daxilində ciddi çaxnaşmaların başladığı barədə məlumatlar yayılıb.

Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə Dağlıq Qarabağın qondarma “müdafiə naziri” Levon Mnatsakanyan vəzifəsindən azad edilib. Onun yerinə separatçı rejimin “silahlı qüvvələrinin baş qərargah rəisi” Karen Abramyan təyin olunub.

Qəzetin yazdığına görə “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan da tezliklə işdən çıxarılacaq. Habelə qondarma rejimin başçısı Bako Saakyanın müşaviri Arşavir Qaramyanın da işdən çıxarılacağı gözlənilir. İşdən çıxarılanlar və çıxarılması gözlənilənlər hamısı Ermənistanın baş naziri Nikol Paşinyanın qəzəbinə tuş gələnlərdir.

O da bildirilir ki, “DQR”in qondarma keçmiş “baş naziri” Araik Arutyunyan hazırda Moskvadadır. İstisna deyil ki, erməni hakimiyyəti, eləcə də Moskva onu Bako Saakyanın yerinə namizəd kimi nəzərdən keçirir. Bildirilir ki, Arutyunyan Ermənistanın yeni hakimiyyətinə qarşı özünü “düzgün aparıb”.

Qondarma “DQR müdafiə nazirliyinin” mətbuat katibi Senor Həsrətyan Levon Mnatsakanyanın işdən çıxarıldığı haqda məlumatlı olmadığını bildirib. “Əgər belə şey olacaqsa rəsmi məlumat yayılacaq”-o deyib. Hərçənd Mnatsakanyanın işdən çıxarıldığı haqda xəbərlər sosial şəbəkələrin erməni seqmentində də yayılmaqdadır.