Karasin İrəvanda nə deyibsə…
Rusiya XİN rəsmisi rəisinin ağzıyla danışıb
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Makronun “erməni məhəbbəti” ...
... iki qitənin həyati əhəmiyyətli layihəsinin təkərinə çomaq soxur
-
Parisin Qafqazdakı son durağı
Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur
-
İrəvanın qara günləri qarşıda
Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması
-
... İrəvandan İrana təşəkkür
Anti-Azərbaycan mövqeyinə görə ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
KTMT-də növbəti fiasko
İrəvan növbəti il əl-qolu bağlı qalacaq
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İlham Əliyevlə telefonda danışdığı saatlarda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin İrəvanda idi, Ermənistanın xarici işlər naziri ilə görüş keçirirdi. Maraqlı kombinasıyadır. Karasin Rusiyanın məşhur diplomatı Aleksandr Qriboyedovun ölümünün 190 illiyi ilə bağlı İrəvanda büstünün açılması mərasiminə qatılmışdı.
Fürsətdən istifadə edən Karasin Qarabağla bağlı da maraqlı açıqlamalar verib.
Birincisi, Karasin deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə rəsmi görüşləri dəstəkləyir. Ancaq önəmli əlavəsini də unutmayıb: “Görüşlər yaxşı təşkil olunmalıdır ki, nəticə olsun və bizi irəli aparsın”. Yəqin demək istəyib ki, Rusiyadan fərqli olaraq digər dövlətlərin təşkil etdiyi görüşlərdə nəticə olmur. Halbuki, illərdir münaqişənin həlli prosesi ilə daha çox Moskva məşğul olur və görüşlərin çoxu Rusiya ərazisində keçirilir. Bəs belə isə məsələyə Karasinin məntiqi ilə yanaşsaq Rusiyadakı görüşlərdə niyə nəticə yoxdur?
İkincisi, Karasin deyib ki, Moskva atəşkəsə riayət olunmasından məmnundur: “Elə etmək lazımdır ki, güc ssenariləri istisna olunsun”. Karasinin kimin ünvanına daş atdığı bəllidir. Güc ssenarisi haqqında ancaq bir tərəf – Azərbaycan danışır, haqqımızdır, çünki işğalçı status-kvonu davam etdirir.
Üçüncüsü, erməni jurnalistlərdən birinin “bu il münaqişənin həllində irəriləyiş ola bilərmi” sualına Karasin belə cavab verib: “Danışıqları sakit şəraitdə davam etdirmək lazımdır”. Yəni Karasin demək istəyib ki, hadisələri qabaqlamaq lazım deyil.
Beləliklə, rusiyalı yüksək rütbəli diplomat Qriroqiy Karasin İrəvanda nə deyibsə hamısı işğalçının xeyrinədir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib ki, sülh əvəzinə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq.