vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
16:26 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 1602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranlı bloqçuya hökm oxundu

Tələbə qız 7 il müddətinə azadlıqdan məhrum edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Qəzvin şəhərindəki Beynəlxalq Universitetin tələbəsi, bloqçu Məryəm Şəfipur 7 il həbsə məhkum edilib.

Məryəm Şəfipur 2009-cu ildə prezidentliyə müxalif namizədlərdən olmuş Mehdi Kərrubinin seçki qərargahının üzvü olub. O, 2013-cü ilin avqustunda tutulub.

«Media forum» saytının məlumatına görə, Tehran məhkəməsi Məryəm Şəfipuru İran İslam Respublikasına qarşı təbliğat aparmaqda, qanunsuz saytlarla əməkdaşlıqda təqsirli bilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Məryəm Şəfipur həbsdə saxlandığı müddətdə fiziki və psixi təzyiqlərə məruz qalıb. Ailəsinin yaydığı məlumata görə, müstəntiqlər Məryəmdən yalançı etiraflar almaq üçün ona nə qədər təzyiq göstərsələr də, gənc bloqçu ona qarşı irəli sürülən ittihamları rədd edib.