Turan günbəgün qurulur
Özbəkistan Rusiya və Çindən asılı olmaq istəmir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
-
Külündən doğan “Simurq”
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
-
Özbək kinosuna üçgünlük baxış
Aktual, düşündürücü, vacib mövzular ...
-
Onlarda da gəlin “süpürgə” olmadı...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
Konstitusiya dəyişikliklərinin təşəbbüsçüsü olub
Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
-
ABŞ-dan Özbəkistana çağırış
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
-
Özbəkistan qərarını verdi
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
-
Qaraqalpaqda rus barmağı
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
-
“Öncəgörən” Lukaşenko
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
-
Rusiyanın Özbəkistan planları
Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
-
“Vahid vətən – ortaq tale”
Özbəkistan separatizmdən qorunmaq istəyir
-
Türan ordusu yaradılır?
Özbəkistan görüşünün detalları ...
-
Eyni acı tarixi bölüşən iki qardaş ölkə
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
-
İldırım sürətli İT inkişaf
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Özbəkistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə canlanma yaratmaq məqsədi daşıyır. Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə iki ölkə arasında iqtisadi layihələri, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni və Türk Dövlətləri Təşkilatının payızda Daşkənddə keçiriləcək sammitini müzakirə ediblər.
Türkiyənin Özbəkistana yatırımın həcmi artıb. Pandemiyaya baxmayaraq, ötən il ticarət mübadiləsinin həcmi 3.38 milyard dollara çatıb. Ərdoğan yeni hədəf qoyub: 2023-cü ildə ticarət mübadiləsinin illik həcmini 5 milyard dolara çatdırmaq lazımdır. Özbəkistana yatırım qoyan ölkələr içərəsində Rusiya və Çin ilk sıralardadır, Türkiyə üçüncü sırada qərar tutub. Bu Daşkənd üçün vacibdir. Türkiyənin Özbəkistanda 1.500 müəssisəsi fəaliyyət göstərir. Bu kifayət qədər böyük rəqəmdir.
Özbəkistan Rusiya və Çinlə iqtisadi münasibətlərini genişləndirsə də, bu iki ölkənin bazarından asılı olmaq istəmir. Birincisi, Rusiya və Çinin Qərblə münasibətləri gərgindir. İkincisi, Rusiya və Çin qonşularına qarşı ara-sıra iqtisadi və siyasi təzyiq alətlərindən istifadə edirlər. Misal üçün Rusiya Qazaxıstan neftini öz ərazisiylə daşınmasını azaldıb. Çin isə ötən ilin ortalarında Qazaxıstanla sərhədi məhsulların idxalı üçün qapatmışdı. Bu Qazaxıstan iqtisadiyyatına mənfi təsir etmişdi.
Daşkənd neytral siyasət yürüdür, hərbi bloklara qoşulmur, Rusiya və Çinlə ancaq iqtisadi əməkdaşlıq platformalarında iştirak edir. Misal üçün Daşkənd Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir. Özbəkistan rəsmiləri bir neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Eləcə də Çinin bölgədə hərbi gücünü artırması və uyğurlara qarşı zorakı siyasətini davam etdirməsi Daşkənddə narahatlıqla qarşılanır.
Türk Dövlətləri Təşkilatının növbəti sammitinin Daşkənddə keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün vacibdir. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov türkdilli dövlətlərlə əməkdaşlığa maraq göstərmirdi, onun Türkiyə ilə münasibətləri gərgin idi. Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk rəsmi səfərlərindən birini Türkiyəyə reallaşdırdı. Bundan başqa Şavkat Mirziyoyev ölkəsini türkdilli dövlətlər ailəsinə qaytardı. Bu baxımdan artıq Özbəkistan türkdilli dövlətlər arasında inteqrasiyanı xarici və təhlükəsizlik siyasətini əsas vektoru hesab edir. Bu inteqrasiya Özbəkistanı Rusiya və Çindən qoruyacaq əsas amillərdən biridir.
Özbəkistanın Türkiyə və türk dünyası ilə əlaqələrini genişləndirməsi Azərbaycanın da siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur. Bakı və Ankara Özbəkistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyir. Bunun üçün Özbəkistan öz məhsullarını əvvəlcə Türkmənistana, oradan da dəniz yolu ilə Ələt limanına çatdırmalıdır. Bu Özbəkistanın Türkiyə üzərindən Aralıq dənizinə çıxışını təmin edəcək.
Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə türk dünyasında da narahatlıq doğurub. Bu mənada türk dövlətləri arasında siyasi və iqtisadi təmaslarla yanaşı təhlükəsizlik sahəsində də əməkdaşlığı genişləndirməyə zərurət yaranıb. Türkiyə və Özbəkistan dövlət başçılarının bu mövzuda da Daşkənddə müzakirə apardığı ehtimal edilir.