Türkiyə futbolunda gərginlik
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
18:21 | 27 may 2022 | Cümə
Məqaləyə 1031 dəfə baxılıb
Şriftin ölçüsü
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi çox konkretdir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın mövqeyini həm Finlandiya, həm də İsveç liderlərinə çatdırıb.
“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Bizim etirazımız həmin ölkələrin terror təşkilatlarını dəstəkləməsi ilə bağlıdır. Biz Finlandiya və İsveçin narahatlığını başa düşürük. Amma hər kəs də bizim təhlükəsizliyimizlə bağlı tədbirlərimizə hörmətlə yanaşmalıdır.
Zamanla bizim mövqeyimizi dəyişməyə vadar edəcəkləri barədə düşünmək doğru deyil. Bizim tələblərimizin həyata keçirilməsi qeyri-mümkün deyil. Hansısa ölkədən adlarını dəyişməsini tələb etmirik. Sadəcə həmin dövlətlərin terrorçularla əlaqələrini kəsməsini istəyirik”, - o söyləyib.
Xatırlada ki, Yunanıstan Şimali Makedoniyanın (əvvəllər Makedoniya adlanırdı) öz tarixi əyaləti olduğunu iddia edərək adını dəyişdirilməsini tələb etmiş və ölkənin NATO-ya üzv olmasını veto qoymaqla illərlə yubatmışdı.