«Əlimizdən nə gəlir ki?»
«Çox təəssüf ki, işimizin öhdəsindən gələ bilmədik»
Emin SƏFƏROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
«Deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
«Azərbaycan həmişə ürəyimdədi»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
Yiyəsiz «Zirə»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Bu oyunda sadəcə, qol çatışmadı»
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan «Qəbələ» - «Neftçi» matçı ərzində və sonrasında bir sıra xoşagəlməz hadisələr yaşandı. Futbolinfo.az xəbər verir ki, yerli azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, matç başa çatan kimi, oyunu idarə edən hakimləri də daşa «qonaq» etdilər.
Hətta hakimləri mühafizə edərkən, «Qəbələ»nin mühafizə işçilərindən birinin başı yarılıb. Xoşagəlməz olaylara münasibət bildirən «qırmızı-qaralar»ın vitse-prezidenti Fariz Nəcəfov saytımıza açıqlamasında bunları dilə gətirib:
«Matçdan öncə azarkeşlərlə danışmışdıq. Oyundan sonra baş verən xoşagəlməz hadisələri tam pisləyirəm. Heç biri xoşagələn hal deyil. Bu barədə lazımı orqanlarla danışmışıq ki, bir daha bu cür hadisələr təkrarlanmasın. Hakimləri qoruyarkən mühafizə işçilərimizdən birinin başı yarıldı. Klub olaraq üzərimizə düşəni etməyə çalışmışdıq. Çox təəssüf ki, işimizin öhdəsindən tam gələ bilmədik. İnanıram ki, qarşıdakı oyunlarda bu cür hadisələr bir də təkrarlamayacaq. Hadisənin baş verməsi üçün ciddi bir səbəb görmürəm. Ola bilsin ki, azarkeşlər hakimin verdiyi qərarları tam dəyərləndirə bilmədilər. «Neftçi»nin qapısı qarşısına ötürmə verərkən top rəqib futbolçusunun əlinə dəymiş kimi göründü. Ancaq istənilən halda bu cür hallar olmamalıdır. Hakim səhv də edə bilər, qərəzli də ola bilər. Bu hadisələrdən sonra İntizam Komitəsinin verəcəyi qərarla barışmaqdan başqa əlimizdən nə gəlir ki?»