vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
... 2.5 il həbs, 50 şallaq cəzası 13:45 | 5 iyun 2022 | Bazar Məqaləyə 822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... 2.5 il həbs, 50 şallaq cəzası

Ümumi intizamı pozmaq kimi absurd ittihama görə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində milli fəal Hüccət İsmətzadə 2 il 6 ay həbs və 50 zərbə şallaq cəzasına məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Nəğədə Cəza Məhkəməsi fəala qarşı qiyabi olaraq hökm çıxarıb.

Məhkəmə sənədində yazılanlara görə, Rza oğlu Hüccət İsmətzadə “ümumi intizamı pozmaq” ittihamı ilə 50 zərbə şallaq və bir il həbs, “internetdə özəl videogörüntü yaymaq” ittihamı ilə isə 18 ay həbs cəzasına məhkum edilib.

İsmətzadə keçən ilin sentyabr ayında Sulduzun Saxsıtəpə kəndində baş verən qarışıqlıqla bağlı məlumat yaydığı üçün mühakimə edilib.

2021-ci ilin sentyabr ayının 3-də Saxsıtəpə kəndində bir neçə ailənin qarışdığı münaqişə səbəbilə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanmışdı. Məhkəmə hökmündə sözügedən “özəl videogörüntü” həmin hadisələrin görüntüləridir.

Milli fəal hadisələrin görüntülərini yaymaq ittihamı ilə əlaqədar daha əvvəl iki dəfə nəzarət altına alınıb. O, 2021-ci ilin sentyabr ayında 1 gün, noyabr ayında isə 4 gün təhlükəsizlik qurumunun nəzarətində saxlanılıb.