vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:40 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Miqrantları dənizdə batıranlar Afrikanın qeydinə qalır

İtaliyalı siyasilər Ukraynanın taxılı üçün Ukrayna ərazisini güzəştə getməyi təklif edir

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada Rusiyaya lobbiçilik edənlər artıq əl-ayağa düşüblər, hətta “üç meymunu” oynamağa başlayıblar. Almaniya Ukraynaya vəd etdiyi silahları göndərməkdən müxtəlif bəhanələrlə yayınır. Hətta Almaniya hökuməti bildirir ki, Ukraynanın onların göndərdiyi tanklardan Rusiya ərazisinə hücum məqsədilə istifadə edə biləcəyindən ehtiyatlanırlar.

İtaliya isə taxıl əvəzində Ukrayna ərazilərinin güzəşti hesabına Rusiya ilə sülh anlaşması təklif edir. Üstəlik, dünya bazarına çıxarılması nəzərdə tutulan taxıl da elə Ukraynaya məxsusdur. Görünür, Kreml İtaliyanın siyasi elitasında təmsil olunanlara ən yüksək dozada “Sputnik V” vura bilib.

Maraqlıdır ki, İtaliya hətta Rusiya ilə eyni dildə danışaraq, ABŞ və Böyük Britaniyanı beynəlxalq ərzaq böhranı təhlükəsiylə də təhdid edir. Rəsmi Romanın əsas arqumenti odur ki, əgər, Ukrayna taxılı dünya bazarına çıxarılmazsa, ərzaq böhranı yarana bilər. Nəticədə üçüncü dünya dövlətlərində, konkret olaraq, Afrika ölkələrində aclıq baş qaldırar və hərbi çevrilişlər, müharibələr başlayar.

İtaliyanın bu iddiaları riyakarlıqdan başqa bir şey deyil. Afrika ölkələri nə vaxt tox olublar? Avropalılar bu kontingentin təbii sərvətlərini daşıyıb, zəngin yaşadıqları üçün afrikalılar həmişə aclıq və səfalət içərisində yaşayıblar. Üstəlik, Ukrayna taxılının alıcısı da Afrika ölkələri deyil. Yəni, Ukrayna taxılı dünya bazarlarına çıxarılsa da, çıxarılmasa da Afrika qitəsində nə müsbətə, nə də mənfiyə heç nə dəyişməyəcək.

İtaliyanın birdən-birə Afrika dövlətlərinin “qayğısına qalması” Rusiyanı düşdüyü durumdan çıxarmaq üçün bütün dünyanın şantaj edilmə cəhdidir. Əgər, İtaliya afrikalıların vəziyyətini düşünən dövlət olsaydı, onilliklər boyu Yunanıstan ilə birlikdə bu iki ölkəyə qayıqlarla pənah aparan afrikalı miqrantları dənizdə batırmazdı...