vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MEDİA-QHT  
00:12 | 10 iyun 2022 | Cümə Məqaləyə 987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İntiqamsız qalan “Bulaq”

Ömrün bir səhifəsi də qapandı

Rafael HÜSEYN, akademik

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Milləti millət edən

    İstedadlı şəxsiyyətlərin nurlu zərrələri ömürdə, hisslərdə, düşüncədə əbədilik qalır

Nə yazım?! İntiqam da getdi. Söz yoxdur.

Bu yazım fevralda çap olunmuşdu. Bəzi umacaqları vardı. Yazını oxuyandan sonra zəng vurmuşdu ki, heç nə eləməsələr də, narahat deyiləm. Elə sənin bu yazın bəsimdir.

Amma bu yazıda İntiqamın heç yüzdə biri yoxdur axı!

Nə qədər faydalı işlər görmüşdü, hələ nə qədər işlər görə, nə qədər yazılar yaza bilərdi. 

Son vaxtlar təzədən “Bulaq”a qayıtmışdı. Axırıncı dəfə danışanda dedi ki, 11-ci “Bulaq”ı yazdım.

Daha İntiqamın təzə “Bulaq”ları olmayacaq.

Daha heç vaxt zəng vurub deməyəcək ki, səhər İsmayıllıdan gəlmişəm, işdəsənsə baş çəkim, sənə çay dəmləməyə otlar gətirmişəm.

Sonra bir də lap bu yaxınlarda Vaqif Əlixanlının mənim haqqımda yazısı çıxanda zəng vurmuşdu: “Rayondayam, oxudum, çox sevindim. Həm sənin haqqında belə ürəkdən yazdığına görə, həm də onunçün ki, Vaqif çoxdan yazmırdı, təzə yazısını oxudum, könlüm açıldı. Özü ilə də bu yazıya görə danışacam, həm təbrik, həm təşəkkür edəcəm”.

Bilmirəm Vaqiflə danışa bildimi.

Dostluğumuzun, ülfətimizin yaşı çox idi. 40 ildən artıq. İlk tələbəlik illərimdən İntiqam mənə ən simsar adamlardan idi.

Ömrün bir səhifəsi də qapandı.

Və kitabın bu səhifəsini daha heç vəchlə təzədən açıb oxumaq olmayacaq.

Uzaqbaşı xatırlayarsan.

Əbədi ayrıldıqlarımızla bağlı ən şirin xatirələrsə ürək sıyırandır, kədər gətirəndir...