vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:57 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 1561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ciddi qərarlar verilməlidir

Torpaqların təyinatı haqqında yenidən düşünmək lazımdır

Eldəniz ƏMİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyevin qlobal ərzaq böhranı ilə bağlı söylədikləri əbəs deyil. Adətən ərzaq təhlükəsizliyini tam təmin etmək istəyən bütün dövlətlərin, eləcə də Azərbaycanın tam iki yol vardı. Bacardığını özü istehsal edir, istehsal edə bilmədiyini xaricdən idxal edir. Bu günə qədər bütün ölkələrdə ən geniş yayılmış üsul da elə bu üsul idi.

Amma indi vəziyyət dəyişib.

Əvvəlki vaxtlarda ölkələrin problemi pul problemi idi. İndi daha pis, daha ciddi problem yaranıb. Pul olsa belə lazım olan ərzaq məhsullarını əldə etmək inanılmaz çətinliyə çevrilib. Siyasətçi və iqtisadçılar bu problemə “qlobal ərzaq böhranı” deyir.

Əgər ehtiyat valyutamız olduğu halda  almağa məhsul problemi yaşayırıqsa, onda çıxış yolu öz istehsalımızı dərhal yaratmaqdır. Həm də bu məsələ son dərəcə aktual və yeganədir.

Ərzaq təhlükəsizliyini təmin edə biləcək istehsalı yaratmaq isə hazırkı məqamda çox çətindir, amma qeyri-mümkün deyil. Bunun üçün düşünülmüş, çox ciddi qərarlar verilməlidir.

Torpaqların təyinat məsələsinə elmi əsaslandırma ilə yenidən  baxılmalıdır. Kənd təsərrüfatı sahələrində əkin sahələrinə dair fərqli strateji yanaşma olmalıdır.  Elə kənd təsərrüfatı sahələri vardır ki, onlar bu və ya digər istiqamətlər üzrə faydalı olsa da, amma ərzaq təhlükəsizliyində birbaşa fayda verə bilmir. Məsələn, pambıqçılıq təsərrüfatlarının yaradılması üçün  kifayət  qədər torpaq resursları və su resursları sərf edilir, lakin pambıq ölkənin ərzaq təhlükəsizliyində birbaşa rola malik deyildir. Amma bu işə ciddi həcmdə torpaq resursları sərf edilir. Belə torpaq resurslarını ərzaq təhlükəsizliyimizdə birbaşa iştirak edən məhsulların istehsalına yönəltməliyik. Hansı ki bu məhsulları idxal etmək ciddi bir problemdir (satan yoxdur).

Bir sözlə, hazırda ərzaq təhlükəsizliyimiz üçün ən vacib addım torpaqların təyinatı haqqında yenidən düşünməkdən başlamalıdır.