
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Ərdəbildə yenidən kürdlərin sistemli olaraq yerləşdirilməsinə başlanılıb. Rəsmilər bunu bölgədə işçi qüvvəsinin çatışmazlığı ilə bağlı olduğunu bildirirlər. Gələn xəbərlərdə Sənəndəc, Mərivan və Bukan şəhərlərindən olan kürdləri daşıyan 3-4 avtobusun Ərdəbil vağzalına gəldiyini bildirilir.
Bununla yanaşı özəlliklə Ərdəbilin “Sərçeşmə” meydanı, mərkəzi meydanı və bazarında çox sayda kürdün alverlə məşğul olduğu qeyd olunur.
Bundan öncə 2020-ci ilin may ayında 2 min kürdün iş bəhanəsi ilə Muğan bölgəsində yerləşdirilməsi yerli əhalinin narazılığı ilə qarşılaşmışdı.
Parsabad fərmandarı əhalinin narazılığını haqlı adlandırıb və çox sayda kürdün bölgəyə yerləşdirilməsinin gələcəkdə ciddi problemlərə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.
İran hökuməti uzun illərdir ki, Güney Azərbaycanla Anadolu türklərinin arasını kəsmək üçün sərhəd bölgələrində kürdlərin yerləşdirilməsi siyasətini həyata keçirib.
Artıq Qərbi Azərbaycanda bunun problemə çevrildiyi göz qabağında olduğu, gəlmə etnik kürdlərin Azərbaycan torpaqlarına iddiasının şiddətləndiyi bir vaxtda oxşar siyasət Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə də həyata keçirilir.
Məsələ burasındadır ki, kürd köçünün rəsmilərin bölgədə işçi qüvvəsinin çatışmazlığı ilə əlaqələndirmələri öz statistikalarına əsasən absurddur.
Hazırda Ərdəbil əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər bölgələrində işsizlik problemi yaşanır və yerli məsulların da etiraf etdikləri kimi azərbaycanlılar iş ardınca İranın fars dilli mərkəzi bölgələrinə köçürlər.
Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının Statistika və İnformasiya üzrə müavini Fəriborz Dehqanın dediyinə görə, ötən qış mövsümündə ölkə üzrə işsizlik səviyyəsi 9,4 faiz olduğu halda, Ərdəbil əyalətində bu rəqəm 14 faiz təşkil edib və bununla da əyalətdə işsizlik səviyyəsi ölkə üzrə orta səviyyədən 4,6 faiz yüksəkdir.
Dehqanın sözlərinə görə, Ərdəbil əyalətində işsizlik səviyyəsinə görə ölkənin əyalətləri arasında 5-ci yerdədir. Ərdəbildən əvvəl işsizliyin ən yüksək səviyyədə olduğu əyalətlər müvafiq olaraq Qərbi Azərbaycan, Kirmanşah, Kürdüstan və Loristandır.