vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
10:14 | 6 iyul 2022 | Çərşənbə Məqaləyə 912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölü ilə bağlı aksiyalar

Şəhərdə vərəqələr yayıldı, divarlara milli şüarlar yazıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın qərb əyalətinin mərkəzi Urmiya şəhərində Urmiya gölü ilə bağlı etiraz aksiyası keçirilib. Milli-mədəni fəallar şəhərdə divarlara milli məzmunlu şüarlar yazaraq gölün qurudulmasına etiraz ediblər.

“Urmiya gölü can verir”, “Urmiya gölünün quruması Azərbaycanın məhv olması deməkdir” və digər şüarlar şəhərin bir çox məhəllələrinin divarlarına yazılıb.

Buna səbəb son günlər mütəxəssislərin Urmiya gölünün tamamilə məhv ola biləcəyi ehtimalı barədə səsləndirdikləri fikirlər, hökumətin bərpa işlərinə məsuliyyətsiz yanaşmasıdır.

***

Urmiya gölünün quruması və hökumətin yaranacaq ekoloji fəlakətə laqeyd münasibəti Güney Azərbaycanda narazılıq yaradıb. Bir müddət bundan öncə Qərbi Azərbaycanın milli fəalları göllə bağlı qəbul etdikləri xəbərdarlıq bəyanatı qəbul edib.

Güneydən verilən məlumata görə, urmiyalı milli-mədəni fəallar bundan öncə sözügedən xəbərdarlıq bəyanatını çap edərək şəhərdə yayıblar.

Minlərlə bəyanatı şəhərin bütün bölgələrində yayan milli fəallar bununla bir daha Urmiya gölünün acınacaqlı və böhranlı durumuna diqqət çəkmək istəyiblər.

“Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmiya gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik.

Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.

Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmiya gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik”, –deyə, bəyanatda İran hökumətinə xəbərdarlıq edilib.

Qeyd edək ki, ekoloji ekspertlərin fikrincə, ötən illər ərzində ətraf mühitin və təbiətin dağıdılması, gölün çox hissəsinin quruyaraq səhraya çevrilməsinin səbəblərindən biri ölkə rəsmilərinin yarıtmaz siyasəti və düşünülmüş məsuliyyətsizliyi olub.

Urmiya gölünün duzlu səhraya çevrilməsi Azərbaycan şəhərlərində kənd təsərrüfatı sahələrinin, ətraf mühitin, təbii sərvətlərin, təbiətin məhv olmasına və bölgədə yaşayan milyonlarla insanda tənəffüs problemlərinin yaranmasına səbəb olub.

Mütəxəssislər durumun belə davam edəcəyi. gölün bərpası üçün əməli və təcili addımların atılmayacağı təqdirdə, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən milyonlarla insanın başqa bölgələrə köçü qaçılmaz olacaq.