vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
14:24 | 26 sentyabr 2022 | Bazar ertəsi Məqaləyə 1696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aksiyalarda teraktlar baş verə bilər

Fars-molla rejimi iğtişaşları xarici qüvvələrə bağlamaq üçün dəhşətli ssenarilərə hazırlaşır

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

İran rejimi etirazları yatırmaq məqsədilə iki istiqamətdə hərəkət edir: öz tərəfdarlarını “muzdlu terrorçular və xaos yaradanlar” adlandırdığı etirazçılara qarşı qaldırır və “terror aktları ssenarisini” aktivləşdirir.

Belə ki, Təbrizdə etirazların keçirildiyi bir neçə yerdə “terror aktı” hazırlığının qarşısı alınıb, terrorçular saxlanılıb. Ölkənin Kürdüstan əyalətində isə 65 ədəd ABŞ istehsalı olan avtomat “ələ keçirilib”.

Etirazların keçirildiyi müxtəlif şəhərlər haqda belə iddialar ortaya atılır. Rejim bununla etirazı xarici qüvvələrə bağlamaq və güc yolu ilə yatırmağa zəmin hazırlayır. Aksiyalarda partlayışların törədilməsi istisna deyil.

Ehtimal da var ki, İranın iddia etdiyi “terrorçuları” bağlayacağı ölkələrdən biri Azərbaycan ola bilər. Xudafərin sərhəd zolağında “iki terrorçunun saxlanıldığı” iddiası belə zəminin hazırlandığını deməyə əsas verir. Və bununla həm etirazlara qarşı əməliyyatını həyata keçirməyə, həm də “bölgədə terrorçu qruplaşmalar var” iddiası ilə sərhəd dəyişikliyinə müdaxiləyə bəhanə yaradılır.

Bu ssenariyə qarşı indidən addımlar atılmalıdır. Misal üçün, rəsmi Bakı Xudafərin sərhəd zolağında saxlanıldığı deyilən “iki terrorçu” haqda iddianın əsasını Tehrandan tələb edə, məsələyə aydınlıq gətirə bilər.