Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
13:05 | 26 sentyabr 2022 | Bazar ertəsi
Məqaləyə 2289 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri ucuzlaşır, bu gün “Brent”in ən ucuz partiyası 83.45 dollara satılıb. KİV-lərin ünvanladığı suallar isə əsasən Ai-95 markalı benzinin qiymətlərinin ucuzlaşma perspektivləri ilə bağlıdır.
13 iyul tarixdə Ai-95 markalı benzinin 1 litrinin qiyməti bazar iştirakçılarının kartel sövdələşməsi ilə (çünki yüksəkoktanlı benzinlərin qiyməti rəsmən dövlət tərəfindən tənzimlənmir) bütün Azərbaycanda 2 manat təyin edildi. Həm hökumət, həm də istehlakçılar seyrçi mövqe tutdular. Yəni hökumət bunun bazarda inhisar halı olmasını heç araşdırmadı. İstehlakçılar da etiraz etmədilər: yəni olan budu, alırsan al, almırsan maşınına milli istehsal olan 92 vur (xeyli istehlakçı elə sonuncu yolu tutub, çünki Ai-95-in satışları ötən illə, əsasən də 2020-ci illə müqayisədə xeyli azalıb).
O zaman KİV-lər nə yazırdı? Bəs dünya bazarında neftin qiyməti 100-ü aşıb, ona görə də idxal benzininin qiymətindəki artım da obyektivdir.
İndi də KİV-lər diqqəti ona çəkir ki, bəs dünya bazarında neftin qiyməti 85 dollardan aşağı düşüb, bu, özünü Ai-95 və Ai-98-in qiymətlərində göstərəcəkmi?
Məntiqlə göstərməlidir. Çünki hələ sentyabrın 7-də “Brent” markalı neftin qiyməti ilk dəfə olaraq 86 dollardan aşağı qiymətə ticarət edilməyə başlamışdı. Düzdür, sonrakı günlərdə 93-94-ə qədər yüksəlsə də, amma sentyabrın 22-dən 90 dollardan aşağı qiymət diapazonunda ticarət edilir.
Azərbaycanda yanacaq bazarında (o cümlədən idxalda) real rəqabət mühiti olsaydı, təbii ki, hər YDM-də alıcılar müxtəlif qiymətlər görə bilərdilər və bu, daim üzü yuxarı gedən qiymətlər olmayacaqdı.
İllərdi təkrar olunur – nədən sayı 900-ü adlamış YDM-lərdən birinin ağlına gəlməyib ki, dövlət tərəfindən tənzimlənməyən kateqoriya yanacağı öz qonşusundan 1 qəpik ucuzuna satsın? Və ya baha!
Rəqabət nədir – taksi xidmətlərində görürük. Bəs yanacaqda niyə olmasın? Rəqabət bir yana heç hökumət açıqlamır ki, bazarda 1 manata satılan benzindən gələn gəlir necə bölüşdürülür: istehsalçıya nə qədər çatır, daşıyan, satan və dövlət büdcəsi hər litr yanacaqdan nə qazanır?
Axı dövlət tərəfindən tənzimlənən bazarda belə şeylər kommersiya sirri ola bilməz? Xaricdə dövlətin tənzimləmədiyi bazarda belə bu məlumatlar açıqdır. Özü də qonşularımız Türkiyə və Rusiyada.
Daha bir maraqlı məqam açıqlayım - Azərbaycana 2022-ci ilin I yarısında ölkəyə idxal zamanı 1 ton Ai-95 markalı benzinin qiyməti 978,17 dollardan rəsmiləşdirilib. Amma Ai-92 markalı benzinin 1 tonu daha baha idxal edilib – 1149,84 dollar.
Siz təəccüblənməyin. Bu ilin ilk yarısında Azərbaycan bilirsiniz nə qədər aşağı oktanlı benzin idxal edib? Rəsmi statistikaya görə, 150,8 min ton və bunun üçün 173,4 milyon dollar xərclənib.
Elə bilməyin ki, Ai-92 markalı benzinin idxalı H.Əliyev adına Neft Emalı Zavodunda aprelin 4-dən mayın 25-dək davam edən təmirlərlə əlaqəlidir. Bəli, əlaqəsi var, amma tam yox. Çünki cari ilin ilk rübündə, təmirdən əvvəl Azərbaycan 50 min tondan çox Ai-92 markalı benzin idxal etmişdi, İİ rübdə isə bu həcmlər 100 min tona çatıb. Elə iyulda da idxal olub. Bilirsiniz nə qədər? Gündə 1,5 milyon litr!!!
Əgər Ai-92 markalı benzini ölkəyə gətirmək belə baha başa gəlirsə, onda nədən Ai-95-in qiymətini aşağı salıb onun satış həcmlərini artırmağı düşünmür bizim dövlət tərəfindən tənzimlənməyən bazarımızı TƏNZİMLƏYƏN oyunçular?
Suallar çoxdur, amma bu sualları onlar gərək cavablandıra...