Sülh sazişi
Rusiya və Qərbin təklif etdiyi variantlarda prinsipial fərq nədir?
Asəf QULİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan və Ermənistan arasında mövcud durumun çözülməsi üçün hamının qəbul etdiyi bir formul var – SÜLH SAZİŞİ. Amma hamı bu barədə barədə danışsa da ortada real nəticə yoxdur. 44 günlük müharibədən artıq 2 il keçir və hələ də qan tökülməkdə davam edir.
Sülh sazişi ilə bağlı Azərbaycanın təklif etdiyi 5 bəndlik prinsiplər də var.
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Ermənistan tərəfi bu təkliflərə birini də əlavə etməklə prosesə etiraz etmədiyin bildirib. Amma prosesin dalana dirənməsin onunla nəticələnir ki, yenə də qan tökülür.
Sözsüz ki, SÜLH SAZİŞİnin kimin vasitəçiliyi ilə bağlanacağı prosesin dalana dirənməsinin səbəblərindən biridir. Amma bu pərdə arxasında qalan yeganə və əsas səbəb deyil.
Məsələ ondadır ki, Qərb və Rusiya SÜLH SAZİŞİ üçün müxtəlif kombinasiyalar təklif edir. Və bu kombinasiyaların hər ikisində bağlayıcı fiqur Qarabağ erməniləridir.
Rusiyanın təklifi
Kreml başbilənləri təklif edir ki, Azərbaycan və Ermənistan arasında saziş imzalansın və bu sazişdə Qarabağ ermənilərinin taleyinin gələcəkdə referendum vasitəsi ilə həll ediləcəyi qeyd olunsun. Status məsələsi gələcəyə saxlanılsın.
Yəni Azərbaycan və Ermənistan sərhədləri müəyyənləşdirsin, kommunikasiyaları açsın, Qarabağda yaşayan ermənilərin taleyini isə Rusiya sülhməramlılarına həvalə etsinlər.
Rusiya bununla regionda mövcudluğuna təminat almaq istəyir.
Azərbaycan bununla razılaşmır. Status məsələsi rəsmi Bakı üçün bitmişdir.
Erməni tərəfində buna münasibətdə iki rəy var. Ermənistan hakimiyyəti bu təklifdən xoşhal deyil. Amma Ermənistandakı revanşıst qüvvələr üçün bu ən optimal variantdır.
Qərbin təklifi
Brüsselin timsalında Qərb hesab edir ki, saziş Qarabağ ermənilərinin taleyinə də aydınlıq gətirməlidir. Hər hansısa bir formada status olmalıdır. Rəsmi Bakını razı salmaq üçün Brüssel Azərbaycanın ərazi bütövlüyünü və Qarabağa veriləcək statusun Azərbaycanın tərkibində olmasını təbii hesab edir. Belə bir sazişi reallaşdırmala Qərb Rusiyanın regionda mövcudluğuna ehtiyacı aradan qaldırmaq məqsədi güdür.
Rusiya bunu bilir və Ermənistana təzyiq edir. Ermənistanda isə hakim isteblişment bu təklifi qəbul edir. Paşinyanın imzalamağa hazırlaşdığı sənəd barədə danışanda da məhz bunu nəzərdə tuturdu. İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində statusuna nail olur. Revanşıstlər isə bunu qəbul etmir və bu Rusiyaya imkan verir ki, Paşinyan hökumətinə həm xaricdən, həm də daxildən təzyiq etsin.
Rəsmi Bakı isə bu təkliflə də razı deyil. Status məsələsi Bakının gündəliyində yoxdur. İndi Qərbin Azərbaycana gözlə görünən təzyiqlərinin arxasında da məhz bu dayanır.
***
Azərbaycanın hazırkı durumda güvəndiyi yeganə reallıq dəmir yumruqdur. Hazırda rəsmi Bakının əsas arqumenti güc faktorudur.
Ermənistanın isə güvənə biləcəyi reallıq demək olar ki, yoxdur. Ordu sıfır vəziyyətində, diplomatik cəhdlər haçalanıb. Ermənistanı çətinə salan əsas faktorlardan biri də real dəstəyi Qərbdən, yoxsa Rusiyadan almaq sualıdır. Qərbə inteqrasiya yolu tutan Paşinyanın Rusiyadan dəstək alması paradoksal durum yaradıb. Qərb isə Rusiyanın təsiri altında olan Ermənistana real dəstək verməyə ehtiyatla yanaşır.