
Cəsədlər üzərindən keçən parad ...
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna kəşfiyyatının sifarişi ilə Rusiya hərbi məktəbinə zəhərli tort göndərən şəxsə hökm oxundu
Rusiya qoşunları Ukraynaya daxil olacaq dedilər. Rusiya qoşunları Ukrayna sərhədlərinə yığmağa başladı. Rusiya bütün Ukraynanı işğal etmək, Kiyevi tutmaq, hakimiyyəti devirmək istəyir dedilər. Rusiya tərəddüd edirdi. Sonra vaxtı dedilər. 20 fevralda daxil olacaq dedilər. Rusiya Ukraynaya təcavüz etdi və özünü tələyə saldı. SSRİ-nin Əfqanıstana daxil olaraq öz sonunun başlanğıcının əsasını qoyduğu kimi.
Rusiyanın təcridi prosesi başladı. Yeni düzəndə Rusiyanın yeri görünmür mesajı verildi. Təbii ki, gördüyümüz pərdənin arxasında daha böyük proseslər baş verir. Məsələn, bu gün faktiki olaraq Rusiyanın resursları (nefti, meşələri, əlvan, ağır və qiymətli metalları və sair) dünya qiymətlərindən 30, 40, 50 faiz diskontla daşınır, satılır...
Rusiya zərərinin yarısından dönmədi. Əksinə səhvini səhvlə əvəzləməyə davam etdi. Aydınlaşmağa başlayan siyasi gedişin bir hissəsi kimi məntiqsiz görünən həmin hadisələrin əslində dərin məntiqi var...
İndi isə Rusiya atom silahından istifadə edəcək deyirlər. Rusiya hərəkət etmir. Deyirlər, Rusiya Prezidenti zarafat etmir, blef etmir. Yəni, istifadə edə bilərsən deyilir. Rusiya səbrimizin həddi var deyir. Bunu eşidən kimi, Ukraynada poliqonu işarə edirlər ki, Rusiya atom silahını burada tətbiq edəcək. Yəni, sən o poliqonda o nüvə silahını tətbiq et, istifadə et. Rusiya böyük ehtimalla anlayır ki, artıq onun nüvə silahından istifadə etməsindən qorxmurlar, əksinə bu şantaja qarşı əks plan hazırlanıb və o silahın məhz tətbiqini istəyirlər...
Rusiya böyük, dərin dövlət olduğunu, güclü kəşfiyyatının olduğunu iddia edən böyük bir imperiyanın varisi kimi böyük iddialara malik idi. Ola bilər ki, kəşfiyyatı güclü idi. Amma, o kəşfiyyat məlumatlarını düzgün emal etməli olan beyin mərkəzləri zəif olub. Ya da o beyin mərkəzlərinin xidmətlərinə ehtiyac hiss edilməyib. Əks halda bugünkü vəziyyətini heç olmasa cəmi 8 ay öncə, bu ilin fevralında görməli idi.
Dünya beyinlə, ordular yeni texnologiyalarla idarə olunur. 20-30 il sonranı planlayan və strategiyalarını qısa müddət olaraq 2030, orta müddət 2040, uzun müddət olaraq 2050-ci il üçün qurub ona doğru gedən dövlətlərlə mübarizə etmək iddiasında olan dövlət belə bir tələyə düşürsə, müasir silahlar və yeni müharibə taktikalarını görə-görə (heç olmasa Qarabağ müharibəsini doğru təhlil etsəydilər əminəm ki, Ukraynaya ya daxil olmazdılar, ya da ən pis halda müvafiq hazırlıq görmədən daxil olmazdılar) “metalolom”u Ukraynaya göndərməzdi.
Hamı texnologiyanın gücünə inanır. O texnologiyanı da beyinlər yaradır. Beyinlərin gücünü dərk etmədən, görmədən, ona inanmadan bundan sonrakı dünyada nəinki güclənmək, yeni imperiya qurmaq, heç bircə addım da irəli getmək mümkün olmayacaq.