
ABŞ-ın İranla nüvə danışıqlarında “qırmızı xətti”
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Uranın zənginləşdirməsi tamamilə dayandırılmalıdır
Britaniyada İsrail səfirliyinə hücum planı qurumun daxilindəki radikal qrup tərəfindən hazırlanıb
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İranda 700 bank zülmətə qərq oldu
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Böyük bir sui-qəsd planı ifşa edildi
İran təyyarəsi təcili eniş edib
Raket istehsalına məhdudiyyətləri və uranın 2015-ci il versiyası...
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
“İrandan neft alan ölkələr cəzalandırılacaq”
Tehran sazişi “hər kəs qazansın” modeli kimi təqdim edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Dağıntılar və yaralılar var
Tehran Tramp administrasiyasını qeyri-ciddilikdə ittiham edib
Hər bir ölkənin hərbi təlimlər keçirməsi həmin dövlətin müstəsna hüququdur. Ancaq hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir. Bu mənada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlərinin məqsədi nədir və kimə mesaj göndərirlər?
SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin “dostluqla” nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı məsələnin məğzini açır: “Hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”. İranın ətrafında düşmənmi var? Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdidmi var?
Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? Tehranın bu siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək.