Tehranın məqsədi əyan olur
İranın Azərbaycanla sərhədə qoşun yığması və “yüksəklikləri ələ keçirməsi” ...
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
İran silahlı qüvvələri Azərbaycanla sərhəddə, Arazboyunda hərbi təlimlər keçirir. İranın öz sərhədləri daxilində təlimlər keçirməsi onun təbii haqqıdır, lakin bunu Azərbaycana qarşı hədələlərin müşayiət etməsi Tehranın mətləblərindən xəbər verir.
“Qüdrətli İran” adlı hərbi məşqlərin məqsədi və verdiyi mesajları İslam Respublikasının təhlükəsizlik qayğılarından çox, onun əlindən çıxan qeyri-leqal rıçaqlara görə verdiyi hiddətli reaksiya kimi qiymətləndirmək olar.
İranın iqtisadi imperiyası, böyük hərbi-siyasi gücü SEPAH-ın leksikonunu yenidən itiləyərək “hücuma” keçməsi fonunda məsələyə işıq tutmağa çalışaq.
İran, daxilində tüğyan edən qanlı iğtişaşlar dalğasının böyüməsindən diqqəti yayındırmaq üçün sərhəddə özünün uydurduğu “təhlükələr”ə vurğu etməkdə maraqlıdır, lakin Azərbaycanın bəsirət gözü açıqdır deyə, Tehranın niyyətlərini gözəl duyur.
İrandakı genişmiqyaslı mitinqlərin sürətlə digər əyalətlərə yayılması Tehrana qarşı etnik kürd, ərəb və bəluc kartlarının oynanılması risklərini gücləndirir, təhlükəsizlik qüvvələrinin 96 bəlucu öldürməsi informasiyalarının yayılması isə vəziyyətin rəngini tündləşdirir.
Etirazları canlandıra biləcək digər hərəkətverici qüvvə təhsil ocaqlarıdır, İranın güc qüvvələrinin liseyləri, universitetləri hədəfə alması ölkənin hakimiyyət kulislərindəki yaranan qorxu aktının təzahürü kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, İranda mövcud idarəetmə quruluşunun davam etməsini istəyən radikal hərbi-siyasi-dini dairələr hesablayır ki, etirazlar təbiətcə inqilabi xarakter daşıyır və rejimin təməlini dağıtmaq həddinə qədər inkişaf edəcək.
Bütün bu olanların üstünə xarici təhdidlər müşküllərini də gəlsək, İranın hansı çətinliklərlə üzləşdiyinin ümumi cizgilərini sezmək çətin olmaz.
İranın teokratik idarəetmə sistemi isə daxildəki agentura şəbəkəsinin qollarını az qala Arazboyu ilə əlaqələndirmək cəhdlərinə girişir, ona görə də, Azərbaycanın Ermənistan qarşısında qoyduğu sərhəd şərtlərini özünün təhlükəsizlik narahatlıqlarını ehtiva edən epitetlərlə bəzəməyə çalışır.
Hərçənd ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində İranın səsi bərk çıxmaq əvəzinə batmışdı.
Onun səs telləri Azərbaycanın Ermənistan qarşısındakı haqlı tələbləri, şərtləri və diktələri ilə açılmağa başladıqda isə Bakı ilə Tehran arasındakı münasibətlər aşkar gərginlik fazasına keçdi.
İran qeyri-leqal gəlir mənbələrinin birindən məhrum olmasını müxtəlif yarlıqlar altında gizlətməyə çalışsa da, o, itirilmiş pul kisəsini hərbi-siyasi təhdidlərlə kompensasiya etmək istəyir ki, bu da Ermənistana havadarlıqla müşayiət edilir.
İran işğal müddətində Qarabağ zonasını özünün mütəşəkkil cinayətkarlıq zəncirinin bir həlqəsinə çevirmişdi, Azərbaycanın yaratdığı yeni reallıqlar isə Tehrana qarşı qlobal və regional əməkdaşlığın institusionallaşdırılmasında əlavə marşrut açdı.
İranın Azərbaycanla Zəngilan, Cəbrayıl istiqamətindəki sərhədlərini qanunsuz silahlı birləşmələr deyil, Azərbaycan sərhədçiləri mühafizə edir, bəs Tehran niyə narahat olub az qala bunu qeyri-qanuni bir addım hesab edir?!
İranın “sərhəd dəyişilməzliyi qəbuledilməzdir” qışqırıqları fonunda təlim keçirməsinin qayəsini izah etmək üçün hərbi məşqlərin proqramına baxmaq kifayətdir:
– Helikopterlə manevr və paraşüt əməliyyatları,
– Gecə hücum əməliyyatları,
– Helikopterlə döyüş əməliyyatları,
– Döyüş və kamikadze dronları ilə əməliyyatlar,
– Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi.
İranın təhdidlərinin yedəyindəki təlimlər Tehranın Azərbaycana olan real münasibətin indikatorudur.
Qonşu ölkə güclü Azərbaycan görmək istəmir və bu qısqanclıqlarını özünün yaratdığı ideoloji şəbəkə vasitəsi ilə də dilə gətirir.
Azərbaycanda başına İranın ideoloji papağını, əyninə İranın ayətullah əbasını geyinib Tehranın dili ilə danışan kəsim mövcuddur və onlara görə Tehran aydan arı, sudan durudur, süddən çıxmış ağ qaşıqdır.
Dediklərimizdən yola çıxaraq verə biləcəyimiz proqnozları aşağıdakı kimi təsnifatlandıra bilərik:
1. Böyük bir ehtimalla, Azərbaycan da İranla sərhəddə hərbi təlimlər keçirəcək. Bu, Türkiyə ilə birgə təlimlər də ola bilər.
2. Azərbaycan-İran münasibətlərinin siyasi aspektləri getdikcə gərginləşəcək, lakin iki ölkənin iqtisadi əməkdaşlıq platformasına xələl gəlməyəcək.
3. Azərbaycanın hüquq-mühafizə orqanları İranın ölkədəki hücrələrinə qarşı əməliyyatlar keçirib onları ifşa edəcək yeni dəlillər ortaya qoyacaq.