vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
12:54 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1629 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akif Nağıdan qorxub Azərbaycana gəlmir

«Təhlükəsizliyimə təminat verilməsə Bakıdakı iclasa qatılmayacam»

MÖVZU İLƏ ƏLAQƏLİ

MDB Müdafiə Nazirləri Şurasının Katibliyi Azərbaycan tərəfindən şuranın Bakıda keçiriləcək iclasında Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına dair nə şifahi, nə də yazılı rəsmi təsdiq almayıb.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.

Ovanisyan deyib ki, təhlükəsizlik təminatı olmadığından Ermənistan nümayəndə heyəti başda Baş Qərargah rəisi, general Yuri Xaçaturov olmaqla MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin aprelin 8-də Bakıda keçiriləcək toplantısında iştirak etməyəcək.

Ovanisyanın sözlərinə görə, Azərbaycan tərəfinin rəsmi şəkildə təhlükəsizlik vədi verməməsi bu ölkənin dövlət sərhədlərinin maneəsiz keçilməsi, gömrük baxışı və digər məsələlərin de-fakto nizamlanması kimi başa düşülür.

«Beləliklə, bu, o deməkdir ki, erməni nümayəndə heyəti Bakıdakı iclasda iştirak etməyəcək» - deyə o, bildirib.

Erməni KİV-ləri xatırladır ki, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyətinin 2004-cü ildə NATO-nun Bakıda keçirilən «Cooperative Best Effort-2004» təlimlərində iştirakı zamanı «ciddi insident» baş verib.

«Qarabağ Azadlıq Təşkilatının üzvləri təlimin planlaşdırılmasına dair konfransın keçirildiyi otelə hücum edərək erməni ordusunun polkovniki Murad İsaxanyanı və baş leytenant Aram Ovanesyanı «öldürmək» istəyib. Otelin mühafizə xidməti onları kənarlaşdırıb. Bundan sonra ABŞ-ın Bakıdakı səfirliyi erməni nümayəndə heyətinin mühafizəsi üçün əlavə qüvvə ayırıb» - deyə erməni mətbuatı yazır.

Xatırladaq ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır.