Putın MDB-ni gücləndirmək istəyir
Rusiya keçmiş SSRİ-yə bənzəyir, onun siyasətini qəbul etməyən qonşularına təzyiq edir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Nə yazacaqlar?
Rusiya MDB ölkələrində ortaq tarix dərsliyi təklif edir
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
-
“Tramp verdiyi sözü yerinə yetirmədi”
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
-
Putinin arxayınlığının sirri
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
-
“Ukrayna müstəqilliyini itirib”
Lavrov: ““Ya bizimlə, ya da bizə qarşı” seçimi dövlətçiliyin kollapsıdır”
-
Ukrayna MDB-dən çıxır
Petro Poroşenko XİN-ə tapşırıq verdi
-
“Bu yolla hakimiyyətə gəlmək olmaz”
Moskva İrəvana xəbərdarlıq etdi
-
“Paşinyanı öldürə bilərlər...”
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
-
Paşinyanın seçilməsini Putin əngəllədi?
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
-
Ermənistan kritik həftəyə girdi
Müharibənin “fitil”i çəkilə bilər
-
“Lavrov gedir, Qarabağ qayıdır...”
Kremlin ilginc ssenarisi işə düşür
-
«Atəşkəsə əməl edəcəksən!»
Putin Əsədə əmr verdi
-
«Rusiya ilə əlaqələri kəsin, yoxsa...»
ABŞ MDB ölkələrinə xəbərdarlıq etdi
-
«Soyuq müharibə» qapıda
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin oktyabrın 11-də Rusiyanın Soşi şəhərində görüşü keçirildi.
Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya prezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyini artırılması barədə müzakirə apardılar. Bundan başqa toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi.
Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxdı. Ukraynanın iştirakı simvolik mahiyyət daşıyır. Rusiya 2004-cü ildə Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər. Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu Özbəkistan və Türkmənistandır. Bu iki dövlət keçmiş illərdə MDB-nin toplantılarına maraq göstərmirdilər. Bu iki dövlətdə hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aqabadın MDB-yə marağı artdı. Halbuki, keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə «bloklara qoşulmamaq» siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarında qatılmırdılar.
MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri daşıyırlar. Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər: Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo. Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki, Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır.
Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil. Çünki üzv dövlətlərinin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi – Qazaxıstan və Belarus da tənqid edir. Məsələn Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirdi, bir-birinə təkrarlayan strukturların çox olduğu vurğuladı. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirdi. O fikrini belə əsaslandırdı ki, bu strukturun işi nəticə vermir, ona görə də Assambleyaya pul ayrılmasının doğru olmadığını dedi. Onun bu fikrinə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dəstək verdi.
Beləliklə, MDB-nin Soçi toplantısı da nəticə vermədi. Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyini gözləmək olmaz. Və ya Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur. Bu arada, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır.
Rusiyaya qonşu olan ölkələr Gürcüstan prezidentinin təşəbbüsünə qoşulmayacaqlar. Bir sıra ölkə Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Giorgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar.