vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ASİYA  
18:24 | 5 aprel 2014 | Şənbə Məqaləyə 2962 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırğız prezidentə 25 il həbs

Amma Lukaşenko qərarın icrasına mane olur

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev qiyabi olaraq 25 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya mətbuatının verdiyi xəbərə görə, Bişkekin Pervomaysk Rayon Məhkəməsi keçmiş dövlət başçısını britaniyalı biznesmen Şon Deylinin həyatına sui-qəsd etməkdə təqsirli bilib.

Ş.Deyli Qırğızıstanın Ceruy qızıl yatağının işlənməsi lisenziyasının sahibi olan “Oxus Gold” (Böyük Britaniya) şirkətinin Bişkekdəki təmsilçisi olub. Lakin Qırğızıstan hökuməti yatağı daha əlverişli şərtlər təklif edən Avstriyanın “Global G.O L.D. Holding Gmbh” şirkəti ilə işlətmək barədə saziş imzalayıb. İstintaqın versiyasına görə, Kurmanbek Bakiyev məsələnin ictimailəşməməsi üçün Qırğızıstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan qardaşı Janıbek Bakiyevə, oğlanları Maksim və Marata Ş.Deylini aradan götürmək barədə göstəriş verib. 7 iyul 2006-cı ildə bir neçə güllə yarası alan Ş.Deyli sağ qalıb və tezliklə Qırğızıstanı tərk edib.

Artıq bu faktla bağlı Maksim Bakiyev və Janıbek Bakiyev ömürlük, Marat Bakiyev isə 20 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2005-2010-cu illərdə Qırğızıstan prezidenti olan Kurmanbek Bakiyev hakimiyyətdən devrildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ona Minskdə sığınacaq verib. Rəsmi Bişkekin tələblərinə baxmayaraq, Minsk sabiq prezidenti təhvil verməkdən imtina edir.