
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Ərdoğan və Tramp arasında NATO Sammiti çərçivəsində əl sıxışdı
Ermənistan Qərbə niyə yaxınlaşır?
Cenevrədə sülhpərvərlik və dialoqdan, İstanbulda isə İslam həmrəyliyindən dəm vuran iranlı
Təkanlar Bodrumda hiss olunub
Əbdülməcid 1868-ci ildə anadan oldu. Atası sultan Əbdüləziz (1861-1876), babası isə sultan II Mahmud (1808-1839) idi. Atası 1876-ci ildə devrildi və beş gün sonra da intihar etdi, yoxsa öldürüldü, dəqiq məlum deyil.
Taxta çıxan sultanın qohum-qardaşını öldürməsi ənənəsinə son qoymaq üçün XVII əsrin əvvəllərində qəbul edilən vərəsəlik haqqında qanuna görə, Osmanlıda hakimiyyət atadan oğula deyil, sülalənin ən yaşlı kişi üzvünə keçirdi.
Buna görə də Əbdüləzizin yerinə Əbdülməcid deyil, əmisi oğlanları – V Murad (1876), II Əbdülhəmid (1876-1909), V Mehmet (1909-1918), VI Mehmet Vahidəddin (1918-1922) keçdi.
Əbdülməcid Əfəndi bu dövrdə Avropa təhsili aldı, rəssamlıq və bəstəkarlığa yiyələndi, bir sıra musiqi alətlərində çalmağı öyrəndi. Bəzi ictimai işlərlə məşğul olurdu. Avropa təhsili 4 arvad almasına mane olmadı. Amma cəmi iki övladı oldu: Ömər Faruk Əfəndi və Dürrüşehvar Sultan.
Qurtuluş savaşında qalib gələn Müstafa Kamal Atatürk və silahdaşları 1922-ci il noyabrın 1-də sultanlığı ləğv etdilər. VI Mehmet bir neçə gündən sonra ölkədən getdi.
Noyabrın 18-də Türkiyə Böyük Millət Məclisi Əbdülməcid Əfəndini növbəti xəlifə seçdi. Səltənəti olmayan xəlifəliyin nə demək olduğu, dövlət iyerarxiyasındakı yeri çox da aydın deyildi. Əbdülməcid Əfəndi xəlifənin tamamilə formal bir şey olmamasına çalışırdı, bu da Atatürk və silahdaşlarını məmnun etmirdi.
Nəhayət, 1924-cü il martın 3-də qəbul edilən qanun xilafətin ləğvini və Osmanlı sülaləsi üzvlərini ölkədən sürgün olunmasını nəzərdə tuturdu. Bu zaman sülalənin digər üzvlərinə iki gün vaxt verilsə də, Əbdülməcid Əfəndi və ailəsinin ertəsi gün səhər tezdən getməsi istənildi.
Keçmiş xəlifə və ailəsi bir neçə ay İsveçrədə yaşadı, amma burada bahalıq olduğundan oktyabrda Nitsaya köçdü. Xəlifəsi olduğu müsəlman dünyasından yalnız Heydərabad nizamı, dünyanın ən varlı adamlarından sayılan Mir Osman Əli xan Əbdülməcid Əfəndiyə aylıq təqaüd kəsdi.
VI Mehmet Vahidəddinin 1926-cı ildə ölümündən sonra Osmanlı xanədanının rəisi Əbdülməcid Əfəndi oldu.
1931-ci ildə Dürrüşehvar və V Muradın qızı Nilufər Heydərabad nizamının iki oğlu ilə evləndilər.
Əbdülməcid Əfəndi bundan sonra Parisə köçdü və 1944-cü il avqustun 23-də (alman işğalının son günlərində) vəfat edənə qədər burada yaşadı. Dürrüşehvar sultan prezident İsmət İnönüyə məktub yazaraq atasının Türkiyədə dəfn edilməsi üçün icazə istədi. Amma nə İnönü, nə 1950-ci ildə prezident olan Cəlal Bayar razılıq verdilər.
Keçmiş xəlifənin nəşi Ankaradan razılıq gözləyə-gözləyə 10 il Parisdəki Böyük məsciddə saxlanıldı. 1954-cü ildə Mədinəyə aparılaraq Baki məzarlığında dəfn edildi.