Radikallar seçkilərdən çəkildi
«Molzerin baxışlarına Avropada yer olmadığını bildirmişdi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Birinciliyə yüksəldilər
Nasizm Avropaya qayıdır?
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
İran və Avstriya arasında böhran
Hər iki ölkənin səfiri XİN-ə çağırılıb
-
Kilsədə “Breaking Bad” qalmaqalı
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
-
Futbol matçında Hitlerin tablosu
Miçiqan Dövlət Universiteti məhkəməyə verilib
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
Adı irqçilik qalmaqalında hallanan Avstriyanın radikal sağçı siyasətçisi Andres Molzer (Andreas Molser) gələn ay Avropa seçkilərində öz partiyasından namizədliyini verməyəcəyini bildirib. O, bu addımı Avstriya prezidenti Haynts Fişerin ona seçkilərdən birdəfəlik uzaqlaşma təklifindən sonra atıb. Məlumatı «BBC» yayıb.
Lakin «Azadlıq» partiyasından olan (FPÖ) Molzer hələ də müstəqil namizəd kimi seçkilərdə iştirak edə bilər. O, 28 üzvlü Avropa İttifaqını «zəncilərin konqlomeratı» adlandırdığına görə ciddi tənqid olunmuşdu.
Aprelin 8-də Molzer adının avroskeptik FPÖ partiyasının siyahısında öndə olmayacağını deyib. Lakin sözçüsü daha sonra onun «FPÖ» siyahısından birdəfəlik çıxacağını bildirib.
Avstriya kansleri Verner Fayman da Molzerin seçkilərdən uzaqlaşmasını istəyib. «Bu cür şəxs Avstriyanı Avropa Parlamentində təmsil etməməlidir», - o deyib.
Molzer əvvəllər Avropa İttifaqının Hitlerin üçüncü Reyxini «qeyri-rəsmi və liberal» hesab etməkdə günahlandırmışdı. Daha sonra isə bu ifadələrinə görə üçün üzr istəmişdi.
Qərar tənqidə görə qəbul olunmayıb
İctimai rəy sorğularına görə, immiqrasiyaya qarşı çıxan «FPÖ» partiyası 20 faiz səs toplayıb. Molzer bildirib ki, onu bu qərarı qəbul etməyə məcbur edən partiyaya inamının açıq şəkildə itməsi olub.
Avstriyanın «ORF» telekenalına görə, o bu qərarı mətbuatın davamlı təzyiqi və respublika siyasi hökumətinin hiddətli tənqidi nəticəsində qəbul etmədiyini bildirib.
Molzer radikal sağçıları ona qarşı «cadugər ovu»na çıxmaqda günahlandırıb.
Molzerin baxışlarına yer yoxdur
Əvvəllər prezident Fişer də Avstriya qəzetinə müsahibəsində ona istefa verməyi təklif etmişdi. O, Molzerin baxışlarına Avropa Parlamentində yer olmadığını bildirmişdi.
Azadlıq Partiyasının lideri Heinz-Kristian Straşe də Molzerdən uzaqlaşıb. Qeyd edək ki, hər iki siyasətçi aprelin 7-də görüş keçiriblər. ««FPÖ» partiyasında hər kəs öz sözlərinə fikir verməlidir», - Straşe deyib.
Partiyanın baş katibi Herbert Kikl (Herbert Kickl) bildirib ki, «FPÖ» şübhəsiz ki, «Avstriyanın vətənpərvər siyasi qüvvəsi» olaraq nasizm və irqçilikdən çox uzaqdır.
«BBC» müxbiri Betani Bellin (Bethany Bellin) Vyanadan verdiyi məlumata görə, aparılan son sorğulara əsasən, «FPÖ» Avstriyanın hakim Sosial Demokratlar və Mühafizəkarlar partiyasını üstələyib. Hal-hazırda «FPÖ» Avstriyada aparıcı müxalifət partiyadır.
Ötən həftə «FPÖ» partiyası yeni «Ümid üçün Gənc Avropa İttifaqı» (YEAH) koalisiyası yaratmaq üçün Fransanın «Milli Cəbhə» (FN) Partiyası, Belçikanın «Vlaams Belang» və İsveçin «Demokratlar» Partiyasına qoşulub.