vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
11:51 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 436 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerlə toqquşma ehtimalı artıb

İlk hesabla sonuncu arasında 1,77 faiz fərq var

ELTAC

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “2024 YR4” adlı asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalının 3,1 faizə yüksəldiyini açıqlayıb.

NASA keçən il aşkar edilən göy cisminin 22 dekabr 2032-ci ildə Yerə dəyməsi ehtimalı ilə bağlı yeni ölçmə hesabatını paylaşıb.

Hesabatdakı son məlumatlarda, diametrinin təxminən 54 metr olduğu təxmin edilən göy cisminin bəşər sivilizasiyasını bitirmək üçün çox kiçik olduğu, lakin onun böyük bir şəhəri “dağıda biləcəyi” və təsir anında təxminən 8 meqaton enerji buraxa biləcəyi proqnozlaşdırıldığı bildirilir.

Digər tərəfdən elm adamları asteroidin Yer kürəsini yan keçmə ehtimalının hələ də 96,9 faiz olduğunu, yeni ölçülərlə Yerə dəymə riskinin sıfıra endirilə biləcəyini bildirirlər.

İlk dəfə 27 dekabr 2024-cü ildə Çilidə Rio Hurtado teleskopu tərəfindən aşkar edilən “2024 YR4”ün Yerə dəymə riski yüzdə 1,33 olaraq açıqlanmışdı və bu rəqəm daha sonra 2 faizə qədər yenilənmişdi.

Digər tərəfdən, astronomlar asteroidin böyük miqyaslı dağıntıya səbəb olmayacağını, ancaq vuracağı təqdirdə 50 kilometrlik ərazidə zərər verə biləcəyini proqnozlaşdırdılar.

Sakit okeanın şərqi, Cənubi Amerikanın şimalı, Afrika və Cənubi Asiya səma cisminin toqquşa biləcəyi yerlər sırasındadır.

Beynəlxalq kosmik agentliklər “2024 YR4”ün monitorinqini davam etdirəcəklərini və toqquşma halında asteroidin istiqamətini dəyişməyə çalışacaqlarını bildirirlər.