 
                                Dünyanın qoruyucu qalxanı zəifləyir
Təhlükə zonası genişlənir
 09:21 | 14 mart 2025 | Cümə
                Məqaləyə 494 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                09:21 | 14 mart 2025 | Cümə
                Məqaləyə 494 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Təhlükə zonası genişlənir
 
                                “Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
 
                                Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
 
                                Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
 
                                ABŞ-ın Yerin təbii peykində baza qurmaq planları
 
                                Turizm mövsümündə yeni qaydaları pozanlar ciddi cərimələrlə qarşılaşacaq
 
                                Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
 
                                İnouye Teleskopu tədqiqatlarda inqilab edir
 
                                Onu nə vaxt və harada izləmək olar?
 
                                “2040-cı ilə qədər Ay və Marsda həyat başlayacaq”
 
                                Nəhəng asteroid planetimizin təbii peykinə çırpıla bilər
 
                                Yaponlar Aya gedən yolda ilişib qalıblar
 
                                Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
 
                                Dünyanın ilk Günəş fırtınası məşqi boşluqları üzə çıxardı
 
                                NASA Kosmik gəmisinin məlumatları milyardlarla il keçmişə nəzər salmağa imkan verir
 
                                Yerdənkənar həyat üçün hələ də ən güclü sübut
Bu ilin ilk Ay tutulması Bakıda səhər saatlarından etibarən başlayıb. Bu 2025-in tam Ay tutulmasıdır.
Təbiət hadisəsi arealı Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.
Bakı vaxtı ilə saat 07:57-də başlayan tutulma hadisəsi 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.
Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 50 fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: Tam, qismən və yarımkölgəli. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.
Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.
Xatırladaq ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünmür.
Qeyd edək ki, sentyabrın 7-də isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.