
“Hər şeyə hazırlıq”
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
İsrail hücumdan əvvəl xəbərdarlıq edib
Netanyahu razı olmadı, sonra üçün vaxt seçdi, Amerikalılar sui-qəsddən hiddətləndilər
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Almaniya İsraildən müdafiə sistemi alıb
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Livandan “HƏMAS”a xəbərdarlıq
Təbii fəlakət Tel-Əvivə milyonlarla dollar ziyan vurub
““Hizbullahı”n hərbi infrastrukturu demək olar ki, məhv edilib”
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
İsrailin Təl-Əvivin cənubunda yerləşən Bat-Yam şəhərində üç avtobus ardıcıl olaraq partlayıb. İsrail ordusunun radiosu Bat-Yamda bombalı hücum cəhdinin şübhələndiyini və üç avtobusun bir-birinin ardınca partladığını bildirib.
Partlayışlardan sonra metronun hərəkəti dayandırılıb, lakin xəsarət alan və ya tələfat barədə məlumat verilməyib.
Polis sözçüsü partlayışlarla bağlı açıqlamasında, “Bunun hücum olması şübhəsi artır, can itkisi yoxdur”, – deyib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
İsrail polisinin sözçüsü tərəfindən ayrı-ayrılıqda verilən açıqlamada partlayıcıların vaxta uyğun atıldığı bildirilib.
Açıqlamada daha iki avtobusda partlayıcının aşkar edildiyi və mina əleyhinə qrupların onları məhv etmək üçün çalışdığı qeyd edilib.
İsrail Baş Nazirlik ofisindən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun partlayışlarla bağlı təhlükəsizlik toplantısı keçirəcəyi açıqlanıb.
***
İsrailin müdafiə naziri Yisrael Katzın hərbçilərə işğal altındakı İordan çayının qərb sahilində hücumları artırmağı əmr etdiyi bildirilir.
“The Times of Israel” xəbər verir ki, Katzın hücumları artırmaq əmri Tel-Əvivin cənubundakı Bat-Yam şəhərində ardıcıl üç avtobus partlayışından sonra verilib.
Bat-Yamdakı partlayışların hücum cəhdi olduğunu iddia edən Katz, buna görə də orduya işğal altındakı İordan çayının qərb sahilindəki bütün qaçqın düşərgələrinə, xüsusilə Tulkerim Qaçqın Düşərgəsinə hücumları artırma təlimatı verdiyini açıqladı.
Katz, terrorçu qruplarına kömək etdiyini iddia etdiyi yerli əhali haqqında da “Bölgənin sakinləri bunun əvəzini ağır ödəyəcəklər”, – deyib.