

Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi
Daha bir keçmiş sovet respublikası AB-yə üzv olmaqda qərarlıdır
“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”
Qarabağda müharibə başlayır?
Zelenski sammitin qərarını münasibətlərdə unikal an adlandırıb
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”
Avropa Komissiyası ilin sonuna kimi Ukrayna və Moldovanın vəziyyətini dəyərləndirəcək
Prokurorluq Dodonun 30 sutkalıq həbs üçün məhkəməyə müraciət edib
Dnestryanıda eskalasiyanın dörd versiyası və mümkün nəticələr
Putinin xəyalındakı ssenarilər üçün ordusunun gücü qalıbmı?
Ukrayna yenə Rusiyanı sabitliyi pozmaqda ittiham edib
“Ötən gecə Kobasna kəndi üzərində bir neçə dron görünüb”
Moldova Prezidenti Dnestryanı bölgəsindəki partlayışlara reaksiya verdi
Separatçı Dnestryanı bölgədə iki radio antena partladılıb
Postsovet məkanındakı canlanma nələrə işarədir?
ABŞ-ın Cons Hopkins Universitetinə bağlı SNF Aqora İnstitutunda çalışan Peter Pomerantsev Böyük Britaniyanın həftəlik qəzetlərindən biri olan “The Observer”də dərc olunan bugünkü məqaləsində Moldovadan bəhs edib.
O, Ukrayna ilə Rumıniya arasında olan və əhalisi 2,5 milyondan az olan bu kiçik ölkənin Rusiya lideri Vladimir Putinə qarşı necə dayanmaq barədə dünyaya nümunə ola biləcəyini sual edib.
Ukrayna əsilli britaniyalı jurnalist və yazıçı yazıb ki, keçmiş Sovet İttifaqı ərazisi olan Moldova Rusiyanın zərərli təsir əməliyyatlarının hədəfindədir.
O, əvvəlki həftələrdə görüşdüyü Moldova prezidenti Maya Sandudan sitat gətirib: “Bizim demokratik proseslərimiz bu təhdidlər üçün nəzərdə tutulmayıb”.
Sandu bildirib ki, Moskva Moldovanın rəhbərliyinə özünə yaxın siyasətçiləri təyin etməklə Ukraynanı və Avropa Birliyini (AB) təzyiq altına salmağı planlaşdırır.
Moldova 2024-cü ilin iyununda Ukrayna ilə birlikdə AB-yə tam üzvlüklə bağlı danışıqlara rəsmən başlayıb.
Peter Pomerantsev Harvard Universitetində təhsil alan və Dünya Bankında məsləhətçi işləyən Sandunun dərin islahatlara, qanunun aliliyinə, korrupsiyaya qarşı mübarizəyə və şəffaflığa önəm verərək seçkilərdə qalib gəldiyini xatırladıb və Rusiyanın təsirinə qarşı mübarizədə Qərbə nümunə ola biləcəyini müdafiə edib.
Həyat yoldaşı və övladı olmayan, təvazökar həyat sürən Sandu Moldovada banklardan milyard dollar oğurlamaqda və seçkilərdə səs satın almaqda ittiham olunan İlan Şor kimi rusiyayönümlü rəqibləri üzərində qələbə qazanıb.
Bildirilib ki, təxminən 1,5 milyon seçicinin olduğu ölkədə 138 min bank hesabının bu seçki saxtakarlığında əli olduğu aşkarlanıb.
Sandu xatırladıb ki, oxşar vəziyyətlə üzləşən Rumıniya 2024-cü ilin sonunda prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Məqalədə bildirilir ki, Donald Tramp administrasiyası tərəfindən tənqid edilən bu cür addımlar Rusiyanın istədiyi kimi, demokratiya ilə bağlı şübhələri və ölkədə parçalanmaları artırır.
Sandu vəziyyəti ictimaiyyətə açıq şəkildə izah etməyə üstünlük verdiklərini söylədi: “Cəmiyyət təhlükəni görəndə ona qarşı o qədər səfərbər oldu ki, biz onu səslərlə aradan qaldıra bildik”.
Seçki saxtakarlığı Moldovanın yeganə problemi deyildi. Kişinyov ötən il Rusiyanın separatçı Dnestryanı bölgədə qanunları pozaraq seçki bülletenlərini çap etdiyini iddia edib.
Bölgədə 1400-ə yaxın əsgəri olan Moskva seçkidən əvvəl bölgədə təlimlər təşkil etmişdi. Rusiyanın dəstəklədiyi aktorlar iddia edirdilər ki, Sandu qalib gəlsə, Moskva ölkəni tamamilə işğal edə bilər.
Rusiya Moldovaya təbii qaz tədarükünü kəsəndə qanun layihəsini Sanduya ötürdü. Moskva həmçinin keşişləri AB əleyhinə təbliğat aparmağa cəlb etməkdə ittiham olunur.
Moldova institutlarına kiberhücumlar, televiziya və internetdə Rusiyayönlü kampaniyalar diqqəti cəlb edir. Sandu əleyhinə əhval-ruhiyyəni gücləndirmək üçün saxta xəbərlərin yayıldığı iddia edilir.
Peter Pomerantsev iddia edir ki, bütün bunlarla mübarizə korrupsiyaya qarşı mübarizə və Qərbin dəstəyi ilə birləşdirildikdə səmərəli ola bilər.
Moldova Xarici İşlər Nazirliyi fevralın 13-də paytaxt Kişinyovda fəaliyyət göstərən “Rus evi” kimi tanınan Rus Mədəniyyət Mərkəzinin fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Rusiyanın iki pilotsuz uçuş aparatının Moldovanın hava məkanını pozaraq qəzaya uğradığı bildirilib: “Nazirlik bu təxribatlara cavab olaraq Moldova ilə Rusiya arasında 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında müqaviləni birtərəfli qaydada ləğv etmək qərarına gəlib. Bu proses başa çatdıqdan sonra Rus Mədəniyyət Mərkəzi fəaliyyətini dayandıracaq”.
Rusiyanın Kişinyovdakı səfirliyindən verilən açıqlamada, “Kişinyov münasibətlərdəki gərginlik səviyyəsini artırmağa davam edir və ölkəmizlə ənənəvi əlaqələrə xələl gətirir”, – deyilir.