vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ASİYA  
17:41 | 24 fevral 2025 | Bazar ertəsi Məqaləyə 138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfqanıstanda 70 yaşlı britaniyalı ər-arvad saxlanılıb

Taliban tərəfindən bağlanan qadın radiostansiyası yenidən efirə çıxıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya vətəndaşı Sara Entvistl hökuməti uzun müddət Əfqanıstanda saxlanılan valideynlərinin azad edilməsi üçün “hər şeyi etməyə” çağırıb.

Entvistl bildirib ki, 79 yaşlı Peter Reynolds və ondan 4 yaş kiçik həyat yoldaşı Barbi fevralın 1-də saxlanılıb. Dörd övladı olan cütlük saxlanıldıqdan sonra övladlarına mesaj yazaraq yaxşı olduqlarını bildirsələr də, üç gün sonra əlaqə tamamilə kəsilib.

Sar Entvistl valideynlərinin hər zaman Talibana hörmət etdiyini izah edərək əlavə etdi: “Buna görə də onlara həbs səbəbini izah etmək imkanı vermək istədik. Amma üç həftəlik sükutdan sonra daha çox gözləyə bilmərik”.

PA xəbər agentliyi cütlüyün Çin və ABŞ pasportlarına malik dostları Fey Holl və tərcüməçinin də onlarla birlikdə saxlanıldığını bildirib.

Böyük Britaniyanın ictimai yayımı olan BBC Talibandakı mənbələrə istinadən xəbər verib ki, təxminən 20 gün əvvəl Əfqanıstanın mərkəzində yerləşən Bamyan əyalətində QHT-də çalışan iki Britaniya vətəndaşı saxlanılıb.

Məlumata görə, Taliban rəsmisi bildirib ki, hər iki şəxs yerli hakimiyyət orqanlarının icazəsi olmadan təyyarəni idarə etməkdə günahlandırılır.

“The Sunday Times” qəzetinin yazdığına görə, 18 ildir ölkədəki məktəblərdə təhsil proqramlarını idarə edən cütlük 2021-ci ildə Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonra qalmağa üstünlük verib.

“Reuters” xəbər verir ki, Böyük Britaniya və Əfqanıstan rəsmiləri hələlik məsələ ilə bağlı şərh verməyiblər.

Digər tərəfdən, fevralın 4-də Taliban İnformasiya Nazirliyi tərəfindən yayım lisenziyası dayandırılan “Radio Begum” da yayımını bərpa edib.

Nazirlik şənbə günü axşam açıqlama verərək, təkrar tələblər etdikdən və lazımi vədlər verdikdən sonra stansiyaya yenidən icazə verildiyini açıqlayıb.

Bağlanma elanında radiostansiyanın “çoxsaylı pozuntulara yol verdiyi” və “xarici media şirkətinə proqram və materiallar göndərdiyi” iddia edilirdi.

Əfqanıstanın yeganə qadın radiosu bu iddiaları təkzib edərək, “Biz əfqan xalqına və xüsusilə də əfqan qadınlarına xidmət etməyə sadiqik”, – deyib.

“Radio Begum” Talibanın hakimiyyətə gəlməsindən beş ay əvvəl, Beynəlxalq Qadınlar Gününə təsadüf edən 8 Mart 2021-ci ildə yaradılıb. Həmin ilin avqustunda ABŞ ordusu ölkədən çıxarkən Taliban nəzarəti ələ keçirdi.

Qadınlar üçün bir çox xidmətlər, o cümlədən radioda maarifləndirici proqramlar, kitab oxumaq və telefonla məsləhətləşmələr təklif olunur.

Taliban hakimiyyəti ələ keçirdikdən sonra qızlara və qadınlara çoxlu qadağalar qoyub. 2022-ci ildə qəbul edilən qərarla 11 yaşından yuxarı qızların məktəbə getməsi qadağan edildi.

UNESCO Əfqanıstanda ən azı 1,4 milyon qızın orta təhsildən məhrum olduğunu bildirir. Bundan əlavə, qadınların müəyyən sektorlarda işləməsi qadağandır.