Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:21 | 24 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 378 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümündə “The New York Times” qəzeti Donald Trampın Vladimir Putin üçün yeni dünyanın qapılarını açdığını iddia edən məqalə dərc edib.
Yada salınıb ki, Vaşinqton indi Kiyevə demokratiya və azadlığın avtokratiya və zülmə qalib gələcəyi mesajları verməkdənsə, birbaşa Moskva ilə əlaqə saxlamağa üstünlük verir.
ABŞ-ın Vladimir Zelenski administrasiyası ilə birlikdə Avropanı bir kənara qoyaraq Ukraynada sülhə nail olmağa çalışdığı bildirilir.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Rusiya üzrə eksperti Maks Berqmann Putin haqqında belə deyib: “Məncə, Putin həm Ukrayna müharibəsində effektiv qələbə qazanmaq, həm də ABŞ-ı Avropada, eləcə də Ukraynada nüfuzdan salmaq üçün real imkanlar görür”.
Barak Obama dönəmində ABŞ Dövlət Departamentində çalışmış Berqmann Rusiya liderinin NATO-nu məhv etmək kimi böyük məqsədinin olduğunu deyib və bu ehtimalın hazırda masada olduğunu müdafiə edib.
London Kral Kollecində Müharibə Tədqiqatlarından dərs deyən Lourens Fridman da Tramp administrasiyasına işarə edərək, “Hazırda çox böyük bir şey baş verir. Bu adi bir vəziyyət deyil. Çox fərqli idarəçilik var və bunun sonunda Atlantik okeanının iki sahili arasında münasibətlərin olduğu kimi qalacağını düşünmək çox çətindir”, – deyib.
“Putinin sözlərinə görə, ən güclü ölkələr qaydaları müəyyən edir. Kiçik ölkələr onlara qulaq asmalıdırlar”, – Corctaun Universitetindən Angela Stent deyib.
O, Rusiyanın iqtisadiyyatı ilə super güc olmadığını ifadə edərkən, hələ də nüvə silahları, neft, təbii qaz və veto hüququ ilə BMT Təhlükəsizlik Şurasında mühüm bir aktor kimi qəbul edildiyini vurğulayıb.
Hesabatda Rusiyanın hərbi itkiləri və iqtisadi zərərləri, həmçinin Finlandiya və İsveçin NATO üzvü olması ilə işlərin Kremlin istədiyi kimi getmədiyi də qeyd olunub.
ABŞ-da yerləşən Beynəlxalq Münasibətlər Şurasından (CFR) Tomas Qrem, “Kremldə oturursansa və fürsət görürsənsə, ümidini kəsmə. Bir anda çox şey dəyişə bilər. Nəhayət, Trampa etibar etmək olmaz”, – deyib.
Corc Buş administrasiyası dövründə Ağ Evin Rusiya üzrə müşaviri olmuş Qrem iddia edirdi ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Avropa və Kiyev Ukrayna ərazilərindən asanlıqla imtina etməyəcək.
Avropa və ABŞ-dakı siyasi qeyri-müəyyənliklərə işarə edən Qrem Kreml üçün, “Ağıllıdırlarsa, Napoleona qulaq asarlar: Əgər düşmənin özünü məhv edirsə, qarışma. Məncə, bu, onların indiki yanaşmasıdır”.