vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KRİMİNAL, CİNAYƏT  
09:35 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25 yaşda görünməmiş qəddarlıq

Nitsada 3 nəfəri qətlə yetirən tunisli ömürlük həbs cəzasına məhkum edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Tunisli 25 yaşlı Brahim Auissaui 2020-ci ildə Fransanın cənub-şərqindəki Nitsadakı Notr-Dam kilsəsində üç nəfəri öldürdüyünə görə şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə sistemi nadir hallarda bu cəzanı verir. Terror işlərində bu qərar 2015-ci il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən hücumlara görə fransalı Salah Abdeslamama qarşı verilmişdi.

Paris prokurorları Auissaui üçün “şərti azad edilmədən ömürlük həbs” cəzası istəyib.

Terrorla mübarizə üzrə prokurorlar xəbərdarlıq ediblər ki, totalitar və barbar fanatizmdə tələyə düşmüş Brahim Aouissaoui təhlükə yaradır.

Prokuror müttəhimə cihadçılıq ideologiyasının davamçısı olduğunu xatırladanda, 25 yaşlı tunisli ərəbcə qışqırıb: “Bu, terror deyil”. Auissaui vəkili müttəhimin bu çıxışına əsəbləşib və ona susmağı əmr edib.

Prokurorlar, Auissauinin mətbəx bıçağı ilə 60 yaşlı Nadine Vinsentin və 55 yaşlı keşiş Vinsent Lukisin boğazını kəsərək, 44 yaşlı fransız əsilli braziliyalı Simone Barreto Silvaya 24 bıçaq zərbəsi vuraraq görünməmiş vəhşilik törətdiyini bildirib.

Prokuror bildirib ki, tələb olunan cəza əməlin vəhşiliyinə mütənasib olmalıdır. Məlumata görə, Auissaui yaddaş itkisini əsas gətirərək faktları təkzib etdikdən sonra törətdiklərini etiraf edib.