
Gizli gündəlikdəki qanlı plan
Hər şey 7-ci sinifdə başladı
Hər şey 7-ci sinifdə başladı
2 ölü, 17 yaralı
İki polis ölü, biri yaralanıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan şəxs qaçdı
Saxta gənc qız profili ilə yaşlıları tora salıb işgəncə verənlərə hökm verildi
Məişət cinayətkarlığının təməli ...
Başqa qadınla yazışdığı üçün ...
2025-ci ilin ilk yarısında cinayət statistikasında diqqət çəkən məqam
Epilepsiya və narahatlıq əleyhinə istifadə olunan “Lyrica” qeyri-qanuni dövriyyədə sürətlə yayılır
Avropa ölkəsində minlərlə insan narkotikdən ölür
ICE qatarındakı suriyalı hücum edənlə bağlı təfərrüatlar ortaya çıxdı
Frankfurt hava limanında rekord miqdar qeydə alınıb
Davadan qaçan 3 nəfər avtomobili izdihamın üzərinə sürdü
Narkotiklərdən istifadə bütün dünyada rekord həddə çatıb
On minlərlə insan narkotikin təsiri altında sükan arxasında yola çıxıb
Avropa Polis Təşkilatı (Europol) üzvü olan 11 ölkənin iştirakı ilə birgə həyata keçirilən əməliyyatlarda kokain, marixuana, tiryək və metamfetamin qaçaqmalçılığı ilə məşğul olan böyük bir cinayətkar şəbəkə məhv edilib. “Euronews”un verdiyi xəbərə görə, əməliyyat nəticəsində 44 kişi həbs olunub.
Mənzil-qərargahı Hollandiyanın Haaqa şəhərində yerləşən Avropa Ədliyyə Agentliyi (Eurojust) dəstək verdiyi əməliyyatlar nəticəsində qitənin ən təhlükəli cinayət qruplaşmalarından biri çökdürüldü. “Europol” və “Eurojust” agentlikləri keçirilən əməliyyatlarla bağlı birgə bəyanat verdilər. Açıqlamada qeyd olunub ki, bir çox qruplaşma Avropa İttifaqında ərazisində və kənarında böyük ölçüdə çox yönlü cinayət əməllərə ortaq olublar. Buna qaçaqmalçılıq, narkotik ticarəti, çirkli pul yuyulması və s. cinayətlər daxil olub. Məhv edilən şəbəkənin ittifaq daxilində çox böyük həcmdə narkotik ticarətlə maəşğul olduğu müəyyən edilib.
Əməliyyatlar zamanı 94 ünvana basqın həyata keçirildiyi bildirilib. Açıqlamada həmçinin qeyd olunub ki, basqında məqsəd şəbəkə üzvləri və rəhbərlərini ələ keçirilməsi olub. Əməliyyatlar zamanı Fransanın cənub sahillərində yaşayan rusiyalı və litvalı iki şəbəkə lideri ilə birlikdə 9 nəfər həbs olunub. Hər iki liderin Avropada Rusiya ilə əlaqəli kokain və tiryək ticarətinə önəmli rol oynadığı bildirilir.
Bu şəbəkənin Litva, Latviya, Çexiya, Polşa, Fransa, Almaniya və Slovakiyadakı digər narkotik qruplaşmaları ilə də yaxın əlaqədə olduğu vurğulanır. Əməliyyat çərçivəsində Fransadan kənarda davam edən proses zamanı Çexiyada 9, Litvada 7, Slovakiyada 7, Latviyada 5, Polşada 2, Norveçdə 2, Almaniyada 1, İspaniyada 1 və ABŞ-da 1 nəfər həbs olunub.