Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
10:26 | 24 avqust 2024 | Şənbə
Məqaləyə 416 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
... basdırdığı yerdə güllər əkib
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində keçirilən tədbirdə bıçaqlı hücum nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilib. Alman mətbuatında yer alan xəbərlərə görə, Solingen şəhərində keçirilən şəhər festivalında bir şəxs insanları bıçaqlayıb. Hücum edən şəxsin hadisə yerindən qaçdığı bildirilib. Bölgəyə çoxlu sayda polis və tibb briqadasının göndərildiyi qeyd edilib.
Vuppertal polisinin sözçüsü Alexander Kresta jurnalistlərə bildirib ki, yerli vaxtla saat 21.37-də bir çox şahid polis bölməsinə zəng edərək bir nəfərin insanlara bıçaqla hücum etdiyini bildirib.
Polis sözçüsü hücumçunun axtarıldığını, təcavüzkar haqqında çox məlumatlarının olmadığını, əksəriyyətinin şokda olan şahidləri dinləyərək təcavüzkarla bağlı məlumatların əldə ediləcəyini də qeyd edib. DPA xəbər agentliyinin məlumatına görə, ağır yaralananların sayı 5-ə yüksəlib.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Reul – “Ölənlərdən 1-i qadındır”, – deyib.
Hadisə yerinə baxış keçirən Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər rəsmisi Herbert Reul açıqlamasında çox pis hadisənin baş verdiyini bildirib.
Fikirlərinin həlak olanların yaxınları və yaralılarla olduğunu deyən Reul, ağır yaralananların indi sağalmaları üçün dua edilə biləcəyini bildirdi.
Təcavüzkarın səbəbsiz yerə təsadüfi insanları bıçaqlayaraq öldürdüyünü ifadə edən Reul, “Niyə, nə üçün, nəyə görə? Heç kim bilmir. Hazırda motivasiya və şəxs haqqında heç nə deyə bilmərik, onun kim olduğu belə məlum deyil”, – deyib.
Reul polisin təhqiqat apardığını bildirdi və spekulyasiyaya yer verməməsini istəyib.
Şübhəlinin insanlara birbaşa hücum etdiyini, bədənin öldürücü nahiyələrini hədəf aldığını və sonra yoxa çıxdığını ifadə edən Reul, “Fərziyyə etməmək üçün diqqətli olmalıyıq. İndi bilirik ki, bunu bir adam edib. Daha heç nə bilmirik. Biz onun haradan gəldiyini, nə dediyini, niyə belə etdiyini bilmirik”, – deyib.
“Solinger Tageblatt” qəzetinin məlumatına görə, hücum şəhərin 650 illiyi münasibətilə keçirilən festivalda baş verib. Xəbərdə bildirilib ki, hücumdan sonra polis əhalidən şəhər mərkəzini tərk etməyi tələb edib.
Şəhər bələdiyyəsindən verilən açıqlamada, adı “Müxtəliflik festivalı” olan və 25 avqust bazar gününə qədər davam etməsi planlaşdırılan festivalda 24-25 avqust tarixlərində keçiriləcək tədbirlərin ləğv edildiyi bildirilib.