Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
16:49 | 22 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 963 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
“Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda həyata keçirdiyi hava əməliyyatı terror təşkilatının motivasiyasını, inancını, rahatlığını və toxunulmazlığını sarsıdacaq bir əhəmiyyətə malikdir. Bunu xırıltıdan, ağlamaqdan, məzəmmətdən, şikayətlərdən görmək mümkündür”.
Bunu Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. O bildirib ki, YPG/PYD-nin tərkibində hazırda 11 min hazırlıqlı terrorçu var:
“Bildiyiniz kimi, təkcə Türkiyədə deyil, əməliyyatın aparıldığı İraq və Suriyada da Terror Təşkilatı YPG/PKK-nın təsiri altında və ya təsiri altında olan sosioloji/demoqrafik təbəqələr var. Təkcə insanlar deyil, tayfalar, teoloji strukturlar, silahlı qruplar, siyasi strukturlar, xüsusilə qeyri-hökumət təşkilatları, güc və maraq mərkəzləri. Bu əməliyyat həm də Türkiyədən onlara bir mesajdır: “YPG/PKK prosesinə qarışmayın! Biz buna heç vaxt icazə verməyəcəyik”.
ABŞ kimi bəzi ölkələr YPG/PKK terror təşkilatından istifadə etməyə alışıb. Türkiyənin “Pəncə-Qılınc” əməliyyatı terror təşkilatın ölkələrlə əlaqələrinə də təsir edən əməliyyat kimi özünü göstərməyə başlayıb.
Əməliyyatın başlaması ilə təşkilatın silahlı, siyasi və vətəndaş cəmiyyəti qanadları öz hamilərinə səslənərək onları qınamağa başladılar: “Haradasınız, Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”.
Bu baxımdan əməliyyatın terror təşkilatı ilə “layihənin” təşkilatçıları arasındakı münasibətlərə təsir etmək baxımından bir əhəmiyyəti olduğu açıq görünür.
Digər tərəfdən, YPG/PYD-nin tərkibində Suriya strukturunun onurğa sütununu təşkil edən dağ heyətinə malik 11 min terrorçu var. PKK ideologiyası ilə beyni yuyulmuş bu 11 min dağ heyyətli terrorçunu Qəndil, PKK İraq və Türkiyədən Suriyaya göndərib. YPG/PYD strukturu belə formalaşıb. Ancaq müxtəlif mənbələrdə sayı 50, 65, 90, hətta 130 min olduğu bildirilən Suriya YPG/PKK strukturunun qalan hissəsi bölgədən muzdlu (maaşla) terrorçulardan ibarətdir.
Yoxsulluğun, aclığın və çarəsizliyin yandırdığı, bir güc mərkəzinə güvənmədən dolanmağın az qala qeyri-mümkün olduğu Suriyada vətəndaş müharibəsi mühitində 100-150-200-300 dollar maaş alan bu demoqrafik kütlələrin YPG/PKK silahı ilə silahlandırılıb terror törətməyə məruz qaldıqları ilə bağlı bəzi reallıqları görmələri lazımdır.
Yəni meydan boş deyil. Bəli, əllərinə silah almalarına səbəb olan bəzi məcburiyyətlər və mənfəətlər var, amma başı üzərində bombalar partlamağa başlayanda, ölümə, gələcəyə və qeyri-müəyyənliyə dair empatiləri artdıqca ABŞ-ın maliyyələşdirdiyi YPG/PKK-nı 150-200 dollar düşündürəcəkmi?”.
Qeyd edək ki, dünən YPG/PKK terror təşkilatının Türkiyənin Kilis şəhərinin Öncüpınar sərhəd-keçid məntəqəsinə gerçəkləşdirdiyi raket hücumu zamanı səkkiz nəfər təhlükəsizlik əməkdaşı yaralanıb. Bu gün isə YPG/PKK Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb. Terror aktı zamanı üç nəfər ölüb, on nəfər isə yaralanıb.
Türkiyə isə cavabında 19 noyabrdan 20 noyabra keçən gecə “Pəncə-Qılınc” hava hərəkatını gerçəkləşdirdi, terrorçuların doxsana yaxın mövqeyi yerlə bir oldu, terrorçuların mövqeləri darmadağın edildi. (Milli.az)