vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
11:29 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenski Starmerlə görüşəcək

Hər iki lider öncə ABŞ-a səfər edəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski bazar günü baş nazir Keir Starmer ilə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər edəcək.

Mənbənin sözlərinə görə, görüş Leyboristlər Partiyasının liderinin Londonda Avropa liderləri ilə Avropa müdafiəsi üzrə sammitə sədrlik etməli olduğu bir vaxtda baş tutacaq. Görüş hər iki dövlət başçısının (Starmerin bu gün, Zelenski isə sabah Donald Trampla görüşəcək) ABŞ səfərindən sonra keçiriləcək.

AFP-nin verdiyi məlumata görə, Zelenski heç bir tarix göstərmədən Londona səfər etmək niyyətində olduğunu açıqlayıb.

O, Kiyevdə mətbuat konfransında, “ABŞ-dan sonra ora getdiyimi görəcəyik, Londona səfər etməyi planlaşdırıram... Bundan dərhal sonra avropalılar və mən Key Starmerlə görüşəcəm”, – deyib.

Bu arada Tramp dünən təsdiqləyib ki, ukraynalı həmkarı Ukrayna mədənlərinin istismarına dair çərçivə sazişini yekunlaşdırmaq üçün Vaşinqtona səfər edəcək.