
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Döyüş gəmiləri üz-üzə gəldi
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Yaponların bizə danışmadığı bir hekayə...
Gizli Android müqavilələri ortaya çıxdı
Əhalinin azalması sürətlənir
3 nəfər ölüb
Yaponiya qeyri-ingilis, qeyri-çin süni intellekt modelləri üçün AB-dən kömək axtarır
Tokio inflyasiyası gözləntiləri üstələdi
Hakamata dünyanın ən uzun ömür sürən edam məhbusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb
Yaponiya ABŞ-ın “Tokio hökuməti müdafiə xərclərini artırmalıdır” bəyanatlarına reaksiya verib. Rəsmi Tokio ABŞ prezidenti Donald Tramp tərəfindən Pentaqonda müdafiə siyasəti üzrə müdafiə nazirinin müşaviri vəzifəsinə irəli sürülən Elbric Kolbinin “Tokio hökuməti müdafiə xərclərini artırmalıdır” açıqlamalarına sərt reaksiya verib.
“Kyodo” xəbər agentliyinin məlumatına görə, baş nazir İşiba Şiqeru dünən ABŞ-da Senatda keçirilən təsdiq dinləmələrində Kolbinin Yaponiya hökumətinin “müdafiə xərclərini mümkün qədər tez bir zamanda ümumi daxili məhsulun (ÜDM) 3 faizinə çatdırmalı” ifadəsini rədd edib.
Kolbinin şərhinə reaksiya verən İşiba, “Yaponiya öz xərclərini başqa ölkələrin göstərişi ilə deyil, özü təyin edir”, – deyib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa da qeyd edib ki, müdafiə sistemlərinin əhəmiyyəti onlara ayrılan büdcə məbləğindən çox, onların nə qədər effektiv olmasıdır.
2021-ci ildə ÜDM-in 1,2 faizini müdafiə xərclərinə ayıran Yaponiya 2027-ci ildə ÜDM-in 2 faizini ayırmağı hədəfləyir.
Kolbi dünən ABŞ-da Senatda təsdiqləmə dinləmələrində Yaponiyanın Çin və Şimali Koreya tərəfindən “birbaşa təhdid” altında olduğunu və ölkənin ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırmasının “çox məntiqli olmadığını”, – deyib.