
Çin qırıcısı “Rafale”nin bazarını öldürdü
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
Hindistan-Pakistan gərginliyində hansı ssenarilər ola bilər?
Hindistanın hərbi əməliyyata qoyduğu “Sindoor” nə deməkdir?
Pakistan-Hindistan savaşında kölgə oyunçular
Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
Pakistan nüvə müharibəsi barədə xəbərdarlıq edir
Çin-Pakistan bloku getdikcə daha strateji mövqeyə gəlir
... Yaxud “Narahat olduq”dan o yana keçməyən bəyanatlar
Hindistan-Pakistan münaqişəsi və nüvə təhlükəsi
Hindistan 300 illik əsarətin təsirindən çıxmayıb
Hindistan-Pakistan toqquşmalarının üzə çıxardığı “qara nöqtələr”
Hindistan Pakistan müharibəsini 6 il əvvəl sətir-sətir yazmışdılar
İslamabad hücumu qorxaq adlandırdı və düşmənin 5 təyyarəsini yerə saldı
Hindistan və Pakistan arasında son illərin ən böyük hərbi eskalasiyası
Hava məkanının bağlanması aviaşirkətə ciddi maliyyə itkisinə başa gələcək
Tramp üçüncü problemin həllinə vaxt ayırmaq istəmir
Pakistanda qatara hücum təşkil edən və çoxlu sayda girov götürən Bəluc Azadlıq Ordusu terrorçu qruplaşması girovların müqabilində saxlanılan üzvlərini azad etmək üçün hakimiyyət orqanlarına 48 saat vaxt vermişdi. Terrorçu qruplaşma 214 girovu edam etdiklərini iddia edib.
“Hindustan Times”ın məlumatına görə, yaraqlılar girovları hakimiyyətin xəbərdarlığa məhəl qoymadığı üçün öldürdüklərini bildiriblər.
Lakin terrorçular iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Pakistan Ordusunun sözçüsü Əhməd Şərif Çaudri əsgərlərin 33 silahlını öldürdüyünü və 354 girovu xilas etdiyini bidlrib.
Çaduri qrupun başqa hər hansı girov saxladığına dair heç bir dəlil olmadığını deyib və iddiaların şişirdildiyini bildirib.
Neft və minerallarla zəngin olan Bəlucistan Pakistanın ən böyük, lakin ən az əhalisi olan əyalətidir. Ölkənin etnik bəluc icması ümumiyyətlə bu əyalətdə yerləşir. Bəluclar mərkəzi hökumət tərəfindən ayrı-seçkiliyə və istismara məruz qaldıqlarını deyirlər.
Vilayətdə separatçı qruplarla yanaşı islamçı yaraqlılar da fəaliyyət göstərir.
Bəlucistan Azadlıq Ordusu avqust ayında Bəlucistanda avtobuslara, polisə və təhlükəsizlik qüvvələrinə bir neçə koordinasiyalı hücum həyata keçirib, əksəriyyəti mülki şəxslər olmaqla 50-dən çox adamı öldürüb.
2024-cü ilin sonlarında təşkilat Pakistanın cənub-qərbində bir qatar stansiyasında kamikadze hücumu həyata keçirmişdi və nəticədə əsgərlər və dəmiryol işçiləri də daxil olmaqla ən azı 24 nəfər həlak olmuşdu.