

Norris yarışı qazansa da səhvləri var idi
... Yaxud şimşək kimi MakLaren
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
“Ferrari” heç kimi öz yerində işlətmir
Nəhayət, mövsümün ilk sıralanma turu da arxada qaldı və bu sessiyada qüvvələr nisbətinə az da olsa, aydınlıq gəldi.
Hamının gözlədiyi və ekspertlərin də söylədiyi kimi, MakLaren çox güclüdür. Çox güman ki, bu il titul uğrunda mübarizə komandanın iki sürücüsü arasında gedəcək. Bu gün isə Lando Norris mükəmməl idi. İxtiyarında olan yeganə sürətli dövrədə tövrünü pozmadı, təzyiq altında olsa da, ondan tələb olunanı maksimum etdi. Mövsümün ilk poulu karyerasında 10-cu oldu – əla başlanğıcdır. Sabah yarışda da qələbəyə əsas namizəddir.
Oskar Piastri doğma trasda poula çox yaxın idi. Təəssüf ki, son döngələr ardıcıllığında maşının arxasını itirməsi dəyərli vaxt itkisinə və poulun əldən getməsinə səbəb oldu. Amma sabah startda Oskar komanda yoldaşını üstələyə bilər, ona görə də qələbə ehtimalı var.
Maks Ferstappen keçən il zəif maşınla titul qazanmışdısa, bu dəfə gücü ancaq 3-cü yerə çatdı. Düzdür, qarşıda hələ 23 sıralanma turu və 24 yarış var. Amma vahid dövrədə maşınlar arasında fərq böyükdür. Sabah startda önə çıxa bilsə belə, liderliyi finişə qədər qorumaq çox çətin olacaq.
Bugünkü sessiyanın qəhrəmanları isə Yuki Tsunoda və Aleks Əlbon idi – onların hər biri hər iki “Ferrari” sürücüsünü qabaqladı, üstəgəl, Yuki komanda rəhbərliyinə, Aleks isə komanda yoldaşına vacib mesaj göndərdilər.
Debütantlar arasında ən yaxşı nəticəni isə Ayzek Həcər göstərdi.
Sabah böyük ehtimalla yağış yağacağını nəzərə alsaq, bizi çox maraqlı yarış gözləyir.