vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DİGƏR NÖVLƏR  
13:01 | 15 mart 2025 | Şənbə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ferrari”nin yastığı ...

... Yaxud şimşək kimi MakLaren

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

MakLaren bu gün şəkildəki kimi idi. Yəni şimşək kimi. Lando Norris gözlənilyi kimi poul qazandı, amma sabah bunu qələbəyə çevirə biləcək? Hər şey təmiz startdan asılıdır. Təmiz start alsa və fövqəl bir hadisə yaşanmasa, yarışı rahat qazanacaq.

Oskar Piastri isə bu həftəsonu bir qara lənətə son verə bilər – Avstraliyada podiuma çıxan ilk yerli pilot olmaqla. Bəli, daha əvvəl Avstraliyada podiuma yerli sürücülər çıxmayıb. “F1” Alan Cons, Mark Vebber, Daniel Rikkardo kimi avstraliyalı sürücülər görüb, amma bu adamlar öz vətənlərində nəinki qələbə, heç podium da görməyiblər. Rikkardo 2014-də podiuma çıxmışdı, amma bir saat keçməmiş podiumu ləğv olunmuşdu. Görək Oskar bu qara lənətə son qoya bilirmi?

Maks Ferstappen isə bu gün əfsanəvi pilot olduğunu, “F1” tarixinin 5 pilotundan biri olduğunu göstərdi. Xırda səhvlər etdi ikinci cəhdinsə, amma o səhvlərin 0.4 saniyə olduğuna inanmıram. Üçüncü yer əla nəticədir.

“Ferrari” – testlərdən sonra “Red Bull” və MakLaren “Ferrari”yə saxta təriflər yağdırıb, başlarının altına yastıq verdilər. “Ferrari” də bu yastığı sevə-sevə götürdü. Lekler yenə həlledici anda batırdı. Hamiltonda isə aqressivlik qalmayıb. Döngələrə qoca nənələr kimi girir.

Uilliyams günün sürprizidir? Yox. Onsuz da bu cür traslarda həmişə yaxşı olublar. Ən zəif dövrlərində belə (2022) bu trasda xal alıblar. Onlar haqqında bir söz demək üçün ikinci yarışı gözləyək.

“Red Bull” isə demək olar ki, keçənilkidur. Yuki Tsunoda bu maşının haqqını verdi. Onun əvəzinə “Red Bull”a seçilən Louson isə özünü Serxio Peres Pro Max kimi apardı.

Günün digər mükəmməl performansı isə Qabriel Bortoleto oldu. Təcrübəli komanda yoldaşı Hülkenberqi ilk yarışında geridə qoydu. Eyni zamanda medianın balon kimi şişirdiyi Kimi Antonellini. Amma italyan sürücüyə şans vermək lazımdır.

Cek Duhən də bu gün əla çıxış etdi. Ən azından öz ölkəsində ikinci sessiyaya qala bildi. Bu nəticələr onun “Formula 1”də qalması üçün çox vacibdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)